Parlament Jurnalistləri Birliyi (PJB) yeni layihəyə başlayır. PJB-nun bu layihəsi çərçivəsində parlament jurnalistlərinin Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü nəzərdə tutulub. Bu sıradan şairlər, yazıçılar, məmurlar, jurnalistlər, QHT rəhbərləri, siyasi və ictimai xadimlərlə görüşlər planlaşdırlıb. Eyni zamanda jurnalistlər layihə çərçivəsində ayrı-ayrı deputatlarla da bir araya gələcəklər.
PJB sədri Elşad Eyvazlı bildirib ki, parlament jurnalistlərinin tanınmış simalarla keçirəcəyi görüşlərdə müxtəlif məsələlərə, o cümlədən həmin şəxslə bağlı məqamlara toxunulacaq, media nümayəndələrinin çoxsaylı sualları cavablandırılacaq.
PJB üzvləri bu sıradan olan ilk görüşü yanvarın 21-də millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə keçirəcəklər.
Qeyd edək ki, belə görüşlərin stenoqramı bütünlüklə Modern.az saytında yerləşdiriləcək.