Modern.az

"Gənclərin Dostu" Milli Mükafatı kimlərə veriləcək?

"Gənclərin Dostu" Milli Mükafatı kimlərə veriləcək?

23 Yanvar 2011, 23:51

“Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün paytaxt və regionlarda sorğu və monitorinqlər davam edir. Xatırladaq ki, Azərbaycan Gənclər Mərkəzinin 2007-ci ildə təsis etdiyi və hər il gənclər sferasında fəaliyyət göstərən və gənclərə, gənclər təşkilatlarına maddi və mənəvi dəstək olan fiziki və hüquqi şəxslərə verilən “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün 11 yanvar 2011-ci il tarixində  Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində sorğu və monitorinqlərə start verilib.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, qaliblərə aşağıda  adları  qeyd  olunan  nominasiyalar üzrə “Gənclərin  Dostu” Milli  Mükafatı  və  başqa  hədiyyələr  təqdim  olunacaq.

 

Elm və təhsil sahəsində xidmətlərinə görə.

Mədəniyyət və incəsənət sahəsində fəaliyyətinə görə.

Gənclərin işlə təmin olunmasında göstərdiyi dəstəyə görə.

İdman sahəsində fəaliyyətinə görə.

Rayon ərazisində gənclərə yaradılan şəraitə görə.

Gənclər təşkilatları və QHT-lərlə əməkdaşlığa görə.

Gənclərin layihələrinin reallaşmasında dəstəyinə görə.

Vətənpəvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanmasında xidmətlərinə görə.

Gənclərin intellektual səviyyəsinin artırılmasında xidmətlərinə görə.

Gənclərin xaricdə  təhsil proqramlarında iştirakını təmin etdiyi üçün.

Gənclərin hüquqlarının müdafiəsinə görə.

Gəncləri  ən çox dəstəkləyən dövlət qurumunun başçısı

Gənc ailələrə dəstəyə görə.

Gənclərin fəaliyyətinə media dəstəyi.

Gənclərin layihələrini ən çox dəstəkləyən biznes qurumu.

Gənclərin sağlam həyat tərzinin təmin olunmasındakı xidmətlərinə görə.

Ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması istiqaməti.    

 

Qeyd edək ki, ““Gənclərin dostu” Milli Mükafatının təqdimetmə mərasimi “Gənclər Günü ərəfəsində həyata keçiriləcək.  Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama