Yanvarın 23-də İnam evində Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının ruhani doğum gününə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə Mütləqə İnam Ocağının ruhani başçısı Safruh, yazıçı Əlisahib Əroğlu, Dövlət ədəbiyyat və incəsənət arxivinin direktoru Marif Temur, şair publisist Qəşəm İlqar, Mütləqə İnam Ocağının övladı Yolruh Atalı, əməkdar artist, xanəndə Şahin Babayev, yazıçı, publisist, texniki elmlər namizədi Baba Əhmədli, şair Ayaz İmranoğlu, filalogiya elmlər doktoru, professor Nizami Tağısoy və xeyli gənc iştrak edib.
Tədbirdə Asif Ata Ocağının ruhani başçısı Safruh İşıqlının ruhani doğum gününün 19 ilinin tamam olması münasibəti ilə təbrik edib. “İşıqlı həm də Mütləqə İnam Ocağın yükümlüsüdü, yəni fəal üzüvlərindəndi”.
Daha sonra toplantıda çıxış edən prof. Nizami Tağısoy bildirib ki, İşıqlı Ata haqqında danışmaq Ocaq haqqında danışmaqdı, Ocaq haqqında danışmaq isə Asif Ata haqqında danışmaq deməkdi, Asif-Ata haqqında danışmaq isə ilk növbədə Ocağın od qoruyanın əxlaqi, mənəvi və ümümiyyətlə, insanlıq keyfiyyətləri haqqında danışmaqdı, bu həm də son dərəcə məsuliyyət tələb edən bir işdi.
Sonda isə İşıqlı Ata haqqında Yolruh Ata, xanəndə Şahin Babayev və başqalarının çıxışları olub.
Qeyd edək ki, Asif Ata Ocağı ilə bağlı geniş reportaj yaxın zamanda saytımızda dərc olunacaq.
Mail AĞAXANOV