Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək

24 Yanvar 2011, 12:45

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ilin yekunlarına dair toplantıya hazırlaşır.

Şuranın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbir 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında hesabat xarakterlidir. Toplantıda 2010-cu ildə həyata keçirilmiş layihələrin uğurlu yekunlarına görə bir sıra QHT-lərin Şura tərəfindən mükafatlandırılması da olacaq.
Qeyd edək ki, toplantıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hesabat məruzəsiylə çıxış edəcəyi gözlənilir.
Mərasimdə QHT rəhbərlərilə yanaşı, rəsmi qurumların da təmsilçiləri iştirak edəcəklər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında xülasə məlumatlardan ibarət olan kitab da çap edib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama