Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün Beynəlxalq Mətbuat Mərkəzində 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında hesabat xarakterli toplantı keçirib. Modern.az saytının məlumatına görə, toplantıda Şuranın sədri, millət vəkili Azay Quliyev bildirib ki, qurumun özünün və partnyor təşkilatlarla birlikdə keçirdiyi müsabiqələrdə ümumilikdə 352 layihə maliyyələşdirilib. Ötən il Şuraya ümumilikdə 845 layihə təqdim olunub ki, bu da rekord nəticə sayılır.
A.Quliyev deyib ki, ötən il ümumilikdə 352 layihəyə 2 milyon 102 min manat vəsait yönəldilib.
Ötən il insan hüquqları və demokratiya istiqamətində maliyyələşdirliən 54 layihəyə 473 min 120 manat xərclənib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün 43 layihəyə 232 min manat yönəldilib.
Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətindəki layihələrə 85 min 731 manat xərclənib ki, bu da 19 layihənin maliyyələşdirilməsi deməkdir.
Ətrraf mühitlə bağlı layihələrə 151 min 406 manat xərclənib, 24 layihə maliyyələşdirilib. Region QHT-lərin təşəbbüslərini dəstəklənməsi üçün 59 layihəyə 39 min 100 manat xərclənib. Təhsil və mədəniyyət təşəbbüsləri ilə bağlı 39 layihəyə 224 min 594 manat xərclənib. Səhiyyə istiqamətindəki 16 layihəyə 71 min 800 yönəldilib. Sosial və iqtisadi məslələrə dair 98 layihəyə 524 min 347 manat xərclənib.
Ümumilikdə, ötən il maliyyələşdirilən layihələrdən 1100 nəfər əmək haqqı alıb, 213 min 552 nəfər həmin layihələrdən faydalanıb. Bu layihələrin maliyyələşdirilməsi nəticəsində 141 çap nəşri, 11 film, 12 sayt hazırlanıb. QHT-lər ötən il 74 təlim, 32 maarifləndirmə tədbiri, 11 araşdırma, 52 kütləvi aksiya, 46 seminar reallaşdırıblar.
Qey edək ki, toplantıda 2010-cu ildə həyata keçirilmiş layihələrin uğurlu yekunlarına görə 5 QHT Şura tərəfindən mükafatlandırılıb. Bunlar "Azəri-türk qadınlar" İB, "Nurlu sabah" UGT, "İnam" Plüralizm Mərkəzi, "Sülh mədəniyyəti naminə" GİB, "Avrasiya" Beynəlxalq Araşdırmalar İnstitutudur.
70 QHT-yə isə xəbərdarlıq olunub. Maliyyə hesabatlarının verilməsində intizamsızlıq göstərən bu təşkilatlar 2011-ci ildə müsabiqələrə buraxılmayacaqlar.
Modern.az