Modern.az

Politoloq: “ASALA Ermənistanı müharibəyə sürükləyir”

Politoloq: “ASALA Ermənistanı müharibəyə sürükləyir”

26 Yanvar 2011, 14:41

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Modern.az-ın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.

M.Əhmədoğlu bildirib ki, danışıqlarda Ermənistanın əsas məqsədi tənzimləmə prinsiplərinin və maddələrinin düzülüş ardıcıllığının Azərbaycana verdiyi üstünlüyü neytrallaşdırmaqdı: “Əgər işğal altında olan torpaqların boşaltmaq üçün Ermənistana 7 il vaxt lazımdırsa, statusun müəyyənləşdirilməsi üçün lazım olan vaxt 6 aydır. Ermənistan hər iki prosesi eyni vaxtda başlatmaq istəyir. Bəllidir ki, torpaqların işğaldan azad olunmasına 6 il yarım qalmış status artıq müəyyən olunacaq. Bu iki maddənin təkcə evvəlini deyil, sonunu hüdudlandırmaqla Ermənistanın məqsədini neytrallaşdırmaq olar. İndi danışıqlar elə mərhələdədiki Ermənistan danışıqlar prosesini ya qəbul etməli, ya da rədd etməlidir”.

SİTM sədri Ermənistan xarici işlər naziri E.Nalbandyanın savadsızlıqda və məntiqsizlikdə suçlayıb. Qeyd edib ki, E.Nalbandyan hələ də Madrid sənədindəki prinsipləri və maddələri ardıcıllığı ilə sadalaya bilmir:
“Ermənistanın xarici işlər naziri deyir ki, Madrid Prinsiplərində hansı ərazinin Azərbaycana qaytarilacağı göstərilməyib. Halbuki sənəddə bununla bağlı konkret müddəalar var. Bu məntiqlə Ermənistanın indiyə kimi danışıqlar prosesində duruş getirilməsi özünün deyil, onun havadarlarının fəaliyyətinin nəticəsidir”.

Politoloq deyib ki, Ermənistan “iki icmalı Dağliq Qarabağ” terminini qəbul etməlidi. Onun sözlərinə görə bu ifadə Ermənistanın ortaya qoyduğu təkliflərin mahiyyətindən doğur: “Ermənistanın bu strukturu qəbul edəcəyi təqdirdə, Dağliq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə xeyli yaxınlaşmaq olar. Bu model Ermənistanın və vasitəçilərin danışıq imitasiyasına son qoyacaq. Ermənistan ya Dağliq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna razılıq verməli, ya da müharibə variantını seçməlidir”.

M.Əhmədoğlu münaqışənin tənzimlənməsində Ermənistanın rəhbərliyinin arzu və imkanlarının tədricən tükəndiyini bildirib. Onun sözlərinə görə, buna səbəb ASALA-nin Ermənistanda təsir imkanlarının artmasıdır: “ASALA Ermənistanda hakim qüvvəyə çevrilir. Bu terror təşkilatı Ermənistanı sürətlə müharibəyə sürükləyir. ASALA-nın mövcudluğu Ermənistan üçün böyük faciələr vəd edir”.

Sonda politoloq müharibənin başlayacağı təqdirdə, Rusiyanın Ermənistanı dəstəkləyəcəyilə bağlı səslənən fikirləri əsassız adlandırıb. SİTM sədri deyib ki, müharibə zamanı Rusiyanın yalnız bir istiqamətdə fəaliyyəti mümkündür: müharibəni zaman və məkan baxımından lokallaşdırmaq. Müharibənin Azərbaycanın qələbəsi ilə başa çatması Rusiyanı bütün təklükələrdən sığortalaya bilər. Başqa variantlar müharibənin Rusiyanın ərazisinə keçməsi deməkdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama