Litva Xarici İşlər Nazirliyinin nəzdində olan Şərqi Avropa Araşdırmalar Mərkəzinin Bakıda olan nümayəndələri Milli Məclisin üzvü Vahid Əhmədovla görüşüblər. Modern.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında olan münasibətlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycanda Milli Məclisin fəaliyyəti və demokratik təsisatları, ölkənin inkişafı və Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib.
Modern.az