Modern.az

Maliyyə Nazirliyi QHT-lərə tələb qoydu...

Maliyyə Nazirliyi QHT-lərə tələb qoydu...

9 Fevral 2011, 18:53

Maliyyə Nazirliyi bəyan edib ki, «Mühasibat uçotu haqqında» Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir. Bu barədə Modern.az-a açıqlamasında Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Priyev bildirib.

“Həmin Qanunun və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Prezidentin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» təsdiq edilib. Bu Qaydanın 5.1-ci bəndinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidir”-deyə M.Piriyev bildirib.

Onun sözlərinə görə, Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı və Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» Nazirliyin rəsmi internet saytında (www.maliyye.gov.az) yerləşdirilib.

Yuxarıda sözügedən Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:

-  Maliyyə vəziyyəti haqqında hesabat. Forma № 1;

-  Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma № 2;

-  Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat. Forma № 3;

-  Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Forma № 4;

-  Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Qeyri-hökumət təşkilatları tərəfindən tərtib etdilmiş maliyyə hesabatları elektron formatda Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar Word, Exel, Adobe acrobat (PDF) formatlarında [email protected] email ünvanına göndərilə bilər.

Hesabatların tərtibinə dair məsləhət və texniki kömək almaq üçün hər gün Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, rayonlarda isə Milli QHT- Forumunun  Şirvan, Quba, Qəbələ, Mingəçevir və Regional QHT-lərin Resurs Mərkəzlərinə müraciət edilə bilər.

(Əlaqə telefonları:  404 46 99,  daxili nömrələr 214, 253, 519, 163).

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama