«Hərbi Jurnalistlər" İctimai Birliyi «Jurnalistlərin hərbi sahədə bilik və bacarıglarını artırılması" layihəsi çərçivəsində növbəti "dəyirmi masa" keçirəcək. Modern.az-ın məlumatına görə, ötən ilin sentyabr ayından başlayaraq «Hərbi Jurnalistlər" İctimai Birliyi «Jurnalistlərin hərbi sahədə bilik və bacarıglarını artırılması" adlı layihəyəni həyata keçirir. Artıq bu ay layihənin yekunlaşma mərhələsi başlayır.
Qurumun ilk tədbiri ğtən il sentyabrın 3-də keçirilmişdi. Bu barədə məlumat verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, 6 ay davam edən layihə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilir. Növbəti "dəyirmi masa" fevralın 11-də keçiriləcək.
Bu dəfəki tədbirin mövzusu “NATO ölkələrində və alyansa tərəfdaş ölkələrin Silahlı Qüvvələrində baş verən islahatların mediada işıqlandırılması yolları” olacaq.
Müstəqil hərbi ekspertlərin və güc strukturlarının nümayəndələrinin, həmçinin hərbi sahəyə maraq göstərən jurnalistlərin iştirakı ilə müzakirələrin keçirilməsi planlaşdırılır. Tədbirdə diskusiya və sual-cavablar da aparılacaq.
Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının ofisində (Bəsti Bağırova 14. Dövlət Statistika komitəsindən aşağıda) keçiriləcək tədbirdə müsabiqə yolu ilə seçilmiş jurnalistlər də iştirak edəcəklər.
Qeyd edək ki, layihənin informasiya sahəsində tərəfdaşı “MilAz” İnformasiya Agentliyi və www.milaz.info saytıdır.
Modern.az