Modern.az

Azay Quliyev QHT-lərə dəstəyinə görə Milli Məclis sədrinə təşəkkür edib

Azay Quliyev QHT-lərə dəstəyinə görə Milli Məclis sədrinə təşəkkür edib

11 Fevral 2011, 19:33

Milli Məclisin fevralın 11-də keçirilən iclasında “Auditor xidməti haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər təsdiqlənib. Dəyişikliyə əsasən, məcburi auditdən yayınan vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2500 manatadək cərimə olunacaqlar.

Qeyd edək ki, bu layihənin müzakirəsi zamanı əsas diqqət çəkən məqam QHT-lərlə bağlı idi. Belə ki, hələ öncədən QHT sektoru məcburi auditə cəlb olunmamasını istəyirdi.  
Elə parlamentdəki müzakirlərdə də bəzi deputatlar QHT-ləri dəstəkləyiblər.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Modern.az saytına açıqlamasında bildirib ki, onun QHT sektorunun məcburi auditə cəlb olunmaması ilə bağlı qaldırdığı məsələ öz nəticəsini verəcək. Onun sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov, deputatlar Eldar İbrahimov, Fuad Muradov, Əli Məsimli, Vahid Əhmədov, Fəzail Ağamalı məsələnin müzakirəsində iştirak edərkən təklifi müsbat qarşılayıblar

“Xüsusi olaraq spiker Oqtay Əsədov bu məsələlərlə bağlı Milli Məclis Aparatının rəhbəri Səfa.Mirzəyevə söz verib. Səfa Mirzəyev isə bildirib ki, məsələ ilə onlar da məşğuldurlar və  Nazirlər Kabinetindən xahiş edəcəklər ki, 12 təsərrüfat subyektinin adı məcburi auditə cəlb olunacaq qurumların siyahıdan çıxarılsın”.

A.Quliyev bildirib ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcəklər. Deputat QHT-lərin məcburi auditdən azad edilməsi üçün fevralın 14-də Nazirlər Kabinetinə rəsmi məktub göndəriləcəyini vurğulayıb.
A.Quliyev deyib ki, hökumətdən QHT-lərin məcburi auditə cəlb olunacaq təsərrüfat subyektlərinin siyahısına salınmaması xahiş ediləcək: "Hesab edirəm ki, hökumət də bunu nəzərə alacaq».

Azay Quliyev QHT-lərə dəstəyinə görə Milli Məclis sədrinə təşəkkür edib

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama