Modern.az

Rusiya Ermənistana “İsgəndər” raketləri satdığını TƏSDİQLƏDİ

Rusiya Ermənistana “İsgəndər” raketləri satdığını TƏSDİQLƏDİ

19 Sentyabr 2016, 11:25

Ermənistanda sentyabrın 21-də keçiriləcək hərbi parada hazırlıq çərçivəsində hərbi texnika arasında müasir “İsgəndər” raketlərinin olduğu da müşahidə edilmişdi.

 

Modern.az saytı xəbər verir ki, operativ-taktiki “İsgəndər” raketlərinin Ermənistana ötürülməsini Rusiya hərbi sənayesində çalışan 2 yüksək rütbəli şəxs təsdiqləyib.

 

Adları açıqlanmayan şəxslər yerli jurnalistlərə açıqlamasında Ermənistana “İsgəndər” raketlərinin 1 divizionunun verildiyini deyiblər.

 

Mənbə “Rosoboroneksport” şirkətinin sövdələşmədə iştirak etmədiyini və silahın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müvafiq razılaşması əsasında Yerevana verildiyini bildirib.

 

 

Vüqar İSMAYILOV

     

 

Sizə yeni x var
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır