Fevralın 11-də Şimali Kipr Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbələrilə görüş keçirilib. Keçən ilin sentyabr ayından Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkialtçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universitetinin arasında bağlanmış müqaviləyə əsasən baş tutan bu layihə Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza diqqətinin bariz nümunəsidir. Ümumi seçim nəticəsində 18 gənc adı çəkilən universitetdə tələbə adını qazanıb.
Qış tətilində vətənə dönən tələbələri bir araya toplayan Azərbaycanlıların Mədəniyyət Mərkəzi onların yaşam tərzi, təhsili ilə digər problemləri ilə bağlı suallarını cavablandıraraq müzakirələr aparıb.
Görüşdə tələbələr, valideyinlər, ziyalılar KİV və QHT nümayyəndələri iştirak ediblər.
Görüşü açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazi Həsənov iştirakçıları salamlayıb. Onların yaşam tərzilə, təhsillərilə maraqlanıb. Tələbələrdən Rəna Tomayeva, İntiqam Zeynalov, Səbinə Rüstəmova, Mirzə Darğallı, Hikmət Yusubov və vallideyinlər problemlər haqqında söz açıblar. Onlar çıxışlarında qeyd ediblər ki, tələbələr ingilis dilinin mənimsənilməsində və seçdikləri peşə üzrə biliklərin qavranmasında bəzi çətinliklərlə qarşılaşmalarına baxmayaraq, digər daha hazırlıqlı tələbələr, bu boşluğu aradan qaldırırlar və bir birilərinə yardımçı olurlar.
Tələbələr onu da vurğulayıblar ki, dərs ilinin ilk vaxtlarında üzləşdikləri problem ərzaq məhsullarının qiymətinin yüksək olunmasılə bağlı olub, lakin sonra bu problem aradan qaldırılıb. Tələbələrə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 300 ABŞ dolları məbləğində verilən təqaüd bu ehtiyacları ödəyib.
“Bu diqqətə görə biz Komitəyə öz dərin minnətdarlığımızı bildiririk və ümid edirik ki, bu proqram gələcəkdə də davam edəcək”.
Görüşdə iştirak edən tələbələr digər problemlərə də toxunublar. Bunlar tələbələrin dərs davamiyyətilə, sağlamlıqları və məişətilə bağlı olub. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazi Həsənov tələbələrin müraciətlərini qeyd edib və həll olunacağıni bildirib.
Tədbirdə iştirak edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşları tələbələrin onlarla əlaqə saxlayıb qeyd olunan probemləri və yeniliklər haqqında məlumat vermələrini xahiş ediblər.
Çıxış edən şair Yusif Yusifli gənclərin məsuliyyətli olmalarını, vətən və xalqımızı layigincə təmsil etmələrini tövsiyə edib.
Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqının sədri Leya Məmmədova da çıxışında tələbələrə tövsiyələr verib.
”Təhsil aldığınız universitetdə sizinlə birlikdə 55 ölkə nümayyəndələri təhsil alır, siz də vətənimiz Gürcüstanı və xalqımızı təmsil edirsiniz, bunu yüksək səviyyədə etməlisiniz. Ölkəmizin və xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını tanıdın. Asudə vaxtlarınızı isə DİDK-nin xaricdə yaşayan azərbaycanlılar üçün hazırladığı “Həftəsonu məktəb” internet portalına daxil olun və Azərbaycan tarixini və dilini öyrənin”.
Valideyinlərdən Mahir Dərziyev tələbələrə təhsillərinə diqqət və dərsliklərdən başqa əlavə vasitələrlə də biliklərini möhkənlədirməyi, həmişə axtarışda olmalarını tövsiyyə edib.
Görüşün sonunda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov bütün valideyinlərə və tələbələrə bir sıra tövsiyyələr verib və onları dünyanın ən yaxşı universitetində təhsil aldıqlarını bə bu şansdan maksimum istifadə edib yüksək mütəxəssis kimi vətənə qayıtmalarını arzu edib.
Modern.az