Modern.az

Dalğa» Gənclər Hərəkatının yeni sədri seçilib

Dalğa» Gənclər Hərəkatının yeni sədri seçilib

12 Fevral 2011, 22:42

Fevralın 12-də «Dalğa» Gənclər Hərəkatının növbəti qurultayı keçirilib. Qurultayda hərəkatın son birillik fəaliyyəti ilə bağlı hesabat verilib. (Azadlıq radiosu)

Növbəti bir ildə Hərəkata sədrlik etmək istəyən namizədlərin çıxışları dinlənilib. Hərəkat üzvləri gizli səsvermə yolu ilə Orxan Nəbiyevi sədr seçiblər.

Hərəkata sədrlik etmək üçün Araz Önər, Hafiz Poladzadə, İlkin Əlisoy və Orxan Nəbiyev namizədliyini irəli sürmüşdü.

Demokratiya Məktəbinin direktorluğuna isə Emin Hüseynzadə seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama