Modern.az

Gənclər deputatları “Cənnət Bağı”na aparırlar... (Fotolar)

Gənclər deputatları “Cənnət Bağı”na aparırlar... (Fotolar)

14 Fevral 2011, 10:30


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Quba “Cənnət Bağı” istirahət kompleksində I və II kurs tələbələri üçün 2011-ci il 10-16 fevral tarixlərində təşkil etdiyi Qış “Liderlik Məktəbi” layihəsi başlayıb.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Şahin İsmayilov və Quba Gənclər və İdman İdarəsinin rəisi Musatafa  Nöhbalayev iştirak ediblər.

12 fevral-da Qış “Liderlik Məktəbi”nin iştirakçıları Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanovla, gənclər və idman naziri Azad Rəhimovla və “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı ilə görüşüblər.  Görüşdə ATGTİ sədri Şahin İsmayılov qonaqları salamlayıb, onlara layihə haqqında ümumi məlumat verib.
Tələbələrlə söhbətdə nazir A.Rəhimov deyib ki, burada 120 nəfər tələbənin iştirak etməsindən çox məmnundur. “Mən inanıram ki, burada müzakirə olunan məsələlər, keçirilən təlimlər sizin çox maraqlıdır. Sizi gələcəkdə böyük uğurlar və nailiyyətlər gözləyir”.

Elnur Aslanov Azərbaycanın önəmli inkişaf mərhələsində olduğunu söyləyərək gənclərin bu inkişaf mərhələsində rolunu xüsusu qeyd edib. E.Aslanov gəncliyin Ermənistanla informasiya müharibəsində rolunudan danışıb.  “Siz gənclərin bir çox sosial şəbəkələrdə şəxsi səhifələriniz var və siz orada ölkəmizin tarixi həqiqətlərinə adi şəkil və məlumatları yerləşdirdikdə ölkə rəhbərliyinə kömək edirsiz. Bu gün Azərbaycana adi real faktların və dəqiq məlumatların dünyaya çatdırılması bizim informasiya müharibəsində qalib gəlməmiz deməkdir. Azərbaycana yeni Lütfi Zadələr, Mübariz İbrahimovlar gərəkdir və mən əminəm ki, yeni liderlər və qəhrəmanlar sizin aranızdan çıxacaq”.

Ceyhun Osmanlı gənclərə seçdikləri məqsədlərə sadiq olmalarını tövsiyə edib.

Bu gün “Liderlik Məktəbi” iştirakçıları millət vəkilləri Rasim Musabəyov və Musa Qasımlı ilə görüşəcəklər. Millət vəkilləri tələbələrlə Qarabağ, mövcud problemin sülhlə həli yollarını müzakirə edəcəklər.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...