Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırladığı “QHT Məsuliyyət Xartiyası”nın ictimai müzakirəsini davam etdirəcək. Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.
Xartiyada QHT fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı və sair başlıca məsələ və prinsipləri öz əksini tapıb.
Qeyd edək ki, xartiya layihəsinin ilkin müzakirələri 2009-2010-cu illərdə QHT rəhbərlərinin iştirakı ilə keçirilib. Bu dəfə isə müzakirə fevralın 17-də BeynəlxalqMətbuat Mərkəzində təşkil olunacaq.
Modern.az