Modern.az

Gənclər Təşkilatları Milli Şurası yubilıey tədbiri keçirəcək

Gənclər Təşkilatları Milli Şurası yubilıey tədbiri keçirəcək

16 Fevral 2011, 13:53


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi münasibəti ilə 17 fevral 2011-ci il tarixdə «Gülüstan» Sarayında təntənəli tədbir keçiriləcək.

21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan və 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçən ARGTMŞ Azərbaycan gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir.

ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun həmçinin, Türk Dünyası Gənclər Birliyinin üzvüdür. 2002- ci ildən  BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004- cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tam hüquqlu üzvüdür. Milli Şuranın sədri deputat Fuad Muradovdur.

Yubiley tədbirində hökumət nümayəndələri, millət vəkilləri, Milli Şuranın seçkili qurumlarında təmsil olunmuş şəxslər, Milli Şuraya üzv təşkilatlar, KİV nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və s. iştirak edəcəklər. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...