Modern.az

“QHT-lərin məsuliyyət xartiyası” müzakirə olunub

“QHT-lərin məsuliyyət xartiyası” müzakirə olunub

17 Fevral 2011, 16:39

Fevralın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı “QHT-lərin məsuliyyət xartiyası” müzakirə olunub.
Modern.az-ın məlumatına görə, xartiyada QHT-lərin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai səmərəlilik, hesabat şəffaflığı və digər mühüm məsələlər və prinsiplər öz əksini tapıb.
Müzakirələrdə QHT rəhbərləri iştirak ediblər. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev  bildirib ki, bu Xartiya QHT-lərin özünütənzimlənməsini nəzərdə tutur: “Bu, QHT-lərin ictimaiyyət arasında nüfuzunun daha da artmasına və onların hesabatlarının şəffaflığına xidmət edəcək”.
Azay Quliyev onu da bildirib ki, Xartiyadakı müddəaların həyata keçirilməsinə hər hansı nəzarət olmayacaq. Onun sözlərinə görə, bu sənəd yalnız özünütənzimləməni nəzərdə tutur.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...