Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Xocalı ayı” çərçivəcində tədbirlər keçirir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Təşkilatın sədri Vüqar Qədirov Modern.az-a məlumat verib. Bildirib ki, “Xocalı soyqırımına həsr olunmuş “Qan rəngində ağ gecə” adlı ədəbi-bədii tədbir Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Gəncliyə Yardım Fondu və 149 saylı Ağdam köçkün orta məktəbinin birgə təşkilatçılığı ilə 22 fevral 2011-ci il tarixdə Gəncliyə Yardım Fondunda keçiriləcək.
Eyni zamanda “Xocalı soyqırımı- hədəf və qisas” adlı tədbirin də 24 fevral tarixində keçirilməsi planlaşdırılır.
2011-ci ilin təşkilat tərəfindən “Mübariz İbrahimov ili” elan edilməsi məqsədilə tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən mart ayının 1-dən etibarən ali və orta ixtisas təhsili müəssisələrində, eyni zamanda respublikamızın bölgələrində hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi nəzərdə tutulub.