Modern.az

www.karabakh.az saytı istifadəyə verilib

www.karabakh.az saytı istifadəyə verilib

4 Mart 2011, 17:10

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin (İB) qərargahında karabakh.az internet saytının təqdimat mərasimi keçirilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək saytın yaradılması zərurətindən danışıblar.

karabakh.az saytında müxtəlif yazılar, nəşrlər, foto və videolar yerləşdirilib. Saytın əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti haqqında mütəmadi məlumatlar yaymaqdır. Sayt Azərbaycan, rus, ingilis, erməni dillərində fəaliyyət göstərəcək

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi