Modern.az

Avtomobil bazarı ilə bağlı yeni açıqlama verildi: "Ucuzlaşma olmayacaq"

Avtomobil bazarı ilə bağlı yeni açıqlama verildi: "Ucuzlaşma olmayacaq"

Qarabağ

5 Mart 2011, 18:32


Son aylar gömrükdə və digər sahələrdə nəzarətin gücləndirilməsi və islahatların aparılması ilə bağlı bir sıra ekspertlər avtomobillərin qiymətlərin yaxın aylarda 15% azalacağını proqnozlaşdırır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi alıcıları bu cür spekulyativ açıqlamalara uymamağa çağırır. Birlik hesab edir ki, bu cür açıqlamalar bazardakı mövcud vəziyyətə daha da mənfi təsir göstərir və onsuz da son illərdə ciddi itkilərə məruz qalan sahə üzrə kiçik və orta sahibkarlara ziyan vurur, bazarda dinamikanı aşağı salır.
“Bu cür situasiyalarda qiymətlərin 15% azalması hətta nəzəri baxımdan mümkün deyil. Eyni zamanda aparılan tədqiqatlar göstərir ki, həyata keçirilən islahatlar gömrük rüsumlarının 15% azalması avtomobilin qiymətinin 15% azalması kimi başa düşülə bilməz. Ölkəmizdə gömrük rüsumları avtomobilin son qiymətinin formalaşmasında, ƏDV və Aksiz vergisi də daxil olmaqla cəmi 25% ( dörddə bir pay) paya malik idi. Bu isə o deməkdir ki, gömrük rüsumlarının 15% azalması avtomobilin son qiymətinə maksimum halda 4-5% təsir göstərə bilər ki, bunu da bazar tənzimləyəcək və bu proses təxminən 3-4 ay çəkəcək”-deyə birliyin məlumatında bildirilib.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) monitorinq qrupunun 2011-ci ilin fevral ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda uzun müddətdir ki, davam edən passiv tendensiyanın bir qədər də dərinləşməsi müşahidə olunub. Dövlət tərəfindən aparılan islahatların ictimai rəyə təsiri və o cümlədən idxalda gömrük xərclərinin azaldılması ilə bağlı məlumatlar alıcılıq qabiliyyətinin bir qədər də zəifləməsinə təkan verib.

2011-ci ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası dayanıb, xaricdən idxal olunan köhnə avtomobollərin təklif portfelində payı kəskin azalma ilə müşahidə olunub. Son iki ay ərzində təklif portfelində ili köhnə avtomobillərin bazardan kənarlaşması müşahidə olunmağa başlayıb.

Fevral ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da olduğu kimi, bağlanan əqdlərin dinamikasında da azalma qeydə alınıb. Bazarda baş verən hadisələr alıcıların gözləmə mövqeyinə keçməsinə təkan verib.

Fevral ayında avtomobil bazarında təklifdə 17.2% azalma baş verib. Təklifin kəskin azalmasına baxmayaraq hələ də tələbi üstələmə tendensiyası davam etməkdədir. Ay ərzində bağlanan əqdlərin dinamikası aşağı düşsə də, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Fevral ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 0.2% azalıb və 15071 dollar təşkil edib.

Bazarda müşahidə olunan passivlik fevral ayında avtomobillərin ekspozisiya müddətinin bir qədər də artmasına səbəb olub. Fevral ayında təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 2 ayı ötüb. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olub, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb.

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 9450-dən artıq avtomobilin 29,4%-i bazara məhz fevral ayı ərzində təklif olunub. Digər 70.6%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son iki ayda xeyli azalıb və bu, bazarda təklif əmsalının kəskin artımının qarşısını alıb.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payında yanvar ayı ilə müqayisədə 11,5% azalma müşahidə edilib, bu markanın ümumi portfeldə payı 32,8% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif azalması baş verib. Təklif üzrə ən cox azalma istismarda olmuş Yaponiya istehsalı olan “Toyota” markalı avtomobillər üzrə qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 88,3% təşkil edib. Yerdə qalan 11,7%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verib. Fevral ayında təklif portfelində ötən ayda olduğu kimi azalma müşahidə olunub. Ən çox azalma ili köhnə olan avtomobillərdə qeydə alınıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama