Azərbaycan axısxa türklərinin “Vətən” Cəmiyyti martn 26-da yenidən qurultay keçirəcək. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, qurumun 7-ci qurultayının nəticələri - Nizamnamə dəyişikliyi və sədr seçimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən “Qeyri-Hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna uygun olmaması səbəbiylə qəbul edilməyib.
Buna görə də, “Vətən” Cəmiyyətinin İdarə Heyətinin səs çoxluğu ilə qurultayın 26 mart 2011-ci il tarixində yenidən keçirilməsi barədə qərar qəbul edilib.
“Vətən” Cəmiyyətində qurultaya hazırlıqla əlaqədar olaraq komissiya yaradılıb və onun sədri Aslanov Məhəmməd Veysal oğlu seçilib.
Yenidən keçiriləcək qurultaya qədər Azərbaycan axısxa türklərinin “Vətən” Cəmiyyətinə sədrliyi Kamal Beridze icra edəcək. Qeyd edək ki, o, əvvəllər “Vətən” Cəmiyyətinin keçmiş sədrinin muavini olub.
Xatırladaq ki, ötən ilin oktyabrında ahısxalı türklərin toplum yaşadığı bölgədə - Saatlı rayonunun Fətəlikənd kəndində “Vətən” cəmiyyətinin sayca VII Qurultayı keçirilmişdi. Orada Sərvərov Şəmsəddin Rəşəddin oğlu
“Vətən” Cəmiyyətinə sədr seçilmişdi. Ondan əvvəl isə quruma İbrahim Burhanov rəhbərlik edirdi.
Modern.az