Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsinin nəticələrini elan edib.
6 dekabr 2010-cu ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 425 QHT-dən layihə təklifi daxil olub. Onlardan 69-nun texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb, 28 QHT isə Şura ilə 2010-cu ildə imzaladığı müqavilə öhdəliklərini kobud şəkildə pozduğuna görə müsabiqənin növbəti mərhələsinə buraxılmayıb. Beləliklə, 328 layihə təklifi ekspertizaya göndərilib.
Müsabiqə şərtlərinə uyğun olaraq, 2009-cu ildəki fəaliyyəti haqqında Maliyyə Nazirliyinə hesabat təqdim etməyən 20 QHT-nin layihə təkliflərinin maliyyələşdirilməsindən imtina edilib.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 202 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Müsabiqə qalibləri 15 aprel 2011-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri Şuranın Katibliyində 18 mart 2011-ci il saat 15.00-dək qəbul edilir.
Qalib QHT-lərin siyahısı burda - SİYAHINI YÜKLƏ
Modern.az