Modern.az

Orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinəcık

Orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinəcık

1 Aprel 2011, 18:08

Vüqar Bayramov: “Su borcunun silinməsi müsbət addım olardı və bu ənənənin işıq borclarının bağışlanması ilə sonlanmasına ehtiyac var”

Yaxın günlərdə əhalinin içməli sudan istifadəyə görə borcları silinəcək. Söhbət  keçmişdən yığılmış supulu borclarından gedir.  Hansıki bu gün onların ödənilməsində problemlər müşahidə edilməkdədir. Çünki bəzi hallarda bu borcların  əksəriyyəti düzgün hesablanmayıb, tətbiq edilən cərimələr əsassız olub. Nəzərə çatdıraq ki, hazırda prezidentin tapşırığı ilə Nazirlər Kabineti bütün bu məsələləri araşdırır. Nə qədər borcun silinəcəyinə gəlincə, 

 “Azərsu” Səhmdar Cəmiyyəti hələlik bir rəqəm açıqlamır. Cəmiyyətdən bu barədə  dəqiqləşdirmələr aparıldığı deyilir.

İqitisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)  rəhbəri Vüqar Bayramov aprel ayının ortalarına qədər ötən dövrdən yığılmış borcların silinməsinin gözlənilən olduğunu bildirir. İqtisadçı-ekspert belə bir addımın atılmasını müsbət qiymətləndirir:
“Hesablamalar göstərir ki, orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinə bilər. Borclarların silinməsi istiqamətində bu artıq ikinci təcrübədir. Belə ki, bundan öncə prezidentin sərəncamı ilə mavi qaza görə borcların silinməsi yönündə qərar qəbul edilmişdi. Növbəti mərhələdə elektrik enerjisinə olan borcların silinməsi məsələsinin də gündəmə gətirilməsinə ehtiyac var. Baxmayaraq, bir neçə ay əvvəl Nazirlər Kabineti “Azərenerji” və “Bakıelektrikşəbəkə” ASC-yə  bu borcların hesablanması ilə bağlı göstəriş vermişdi.Lakin hələlik elektrik borclarının silinməsi ilə bağlı qərar qəbul edilməyib”.

V.Bayramov əhalinin əsas borclarının  elektrik enerjisi, mavi qaz və içməli suya görə olduğunu vurğulayır. Onun fikrincə, elektrik enerjisinə görə borcların silinməsi istiqamətində qərar qəbul etməklə borclar problemini qapatmaq mümkündür.  İSİM rəhbəri yaxın zamanlarda elektrik enerjisinə olan borcların silinməsini təklif edir: "Elektrik enerjisinə olan borcların  məbləği içməli suya görə olan borcların məbləğindən kifayət qədər çoxdur. Belə bir qərarın qəbulu əhalinin sosial müdafiəsi baxımından uğurlu addım olardı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal