Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən tərəfindən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kommunal sektorda istehlakcı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində əhaliyə qarşı əsassız borc tələbləri irəli sürən kommunal sferada fəaliyyət göstərən təbii monopliyalara- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Bakielektrikşəbıkə” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmə şikayətləri verilib. Bu barədə Modern.az-a Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi Şəbəkənin üzvü Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası tərəfindən həyata keçirilir. Bu təsisatların qanunsuz hərəkətlərinin qurbanı olan 3 nəfərin adından Bakı şəhərinin Nəsmi və Narimanov məhkəmələrinə “Azərsu” ASC (1 şikayət) və “Bakıelektrikşəbəkə” ASC-yə qarşı (2 şikayət) şikayətlər verilib.
Hər 3 şikayət bu cəmiyyətlərin fiziki şəxslərə qarşı 90-cı illərdən qalma borcların verilməsi ilə bağlı qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, nə “Azərsu” nə də “Bakıelektrikşəbəkə” bu borcların hansı müqavilə öhdəliyindən irəli gəlməsinə dair hər hansı sənəd təqdim etməyib. Ümumiyyətlə, çox illər keçməsinə baxmayaraq (Mülki Məcəllənin tələblərinə görə nəzərdə tutulan iddia müddətləri çoxdan bitib) belə absurd tələblərin irəli sürülməsi bu cəmiyyətlərə rəhbərlik edən şəxslərin məsuliyyətsiz və qanunsuz hərəkətlərinin nəticəsidir.
"Təssüflə qeyd olunmalıdır ki, məhkəmə orqanları belə şikayətlər verilərkən şikayətlərə baxmaq əvəzinə süründürməçiliyə yol verirlər. Belə ki, Bakı şəhər sakini Qarifulin Leriy Yaqafaroviçin “iddia müddətinin nəticələrin tətbiqi, istifadə olunmuş su və cirkab suyun axıdılması xidmətinə görə əsassız borc tələbinil ləğvinə dair” iddiası nəsimi rayon məhkəməsi tərəfindən baxılmamış geri qaytarılmışdır.
Məhkəmə hakimi belə hesab edir ki, bu şikayətə iqtisad məhkəməsi baxmalıdır. Gülünc bir qərardad qəbul edən hakimin Mülki- Prosessual Məcələsinin 25.1-ci maddəsinin tələblərində inandırıcı görünmür. Həmn maddəyə əsasən “Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır”.
Hazırda məhkəmənin qanunsuz və savadsız qənaməsi ilə bağlı şikayət hazırlanır və məhkəməyə təqdim ediləcəkdir. Digər şikayətlər üzrə məhkəmə prosesləri başlanmamışdır - deyə mətbuat xidmətindən bildirilib.
Modern.az