Modern.az

"NUR maarifləndirməyə başlayır

"NUR maarifləndirməyə başlayır

8 Aprel 2011, 14:45

9-11 aprel 2011-ci il tarixdə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində HİV/AİDS Maarifləndirməsi mövzusunda növbəti təlimi təşkil edəcək.

“NUR” UGİB-in sədr müavini Fidan Kərimlinin verdiyi məlumata görə, təlimin keçirilməsində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır.

Təlimdə 14-20 yaşlı 30 gənc iştirak edəcək. Təlimdə fərqlənən iştirakçılar Diplomla təltif olunacaq və 2011-cu ilin may ayında keçirilməsi nəzərdə tutulan Azərbaycanın Regionlarına Avtobus Turunda iştirak hüququ qazanacaqlar. Təlimin açılış mərasimi 9 aprel 2011-ci il tarixdə saat 10.30-da “İrşad” hotelində keçiriləcək.

Qeyd edək ki, “NUR” UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə “STAYING ALIVE AWARD” mükafatı ilə təltif olunub. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcək. 

BMT-nin Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasının Yekun sənədində 15-24 yaşlı gənclərin ən azı 95%-ni həmyaşıddan-həmyaşıda təhsil, HİV/AİDS, HİV infeksiyasına qarşı həssaslığı azaltmaq üçün yaşam bacarıqlarına dair informasiya ilə təmin etmək məqsəd olaraq təsbit olunub.

Mail Ağaxanov 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım