Müşahidələr göstərir ki, dövlət strukturlarnın QHT təkiflərindən bəhrələnməsi o qədər də geniş yayılmayıb
Azərərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra bir çox sahələrdə yeniliklər baş verdi. Məhz yeniliklərdən biri də, bir çox Avropa ölkələrində olduğu kimi, Qeyri-Hökümət Təşkilatlarının yaradılıması oldu. Hazırda Azərbaycanda xeyli sahədə QHT-lər fəlaiyyət göstərir ki, onlar da zaman–zaman ölkənin siyasi, iqdisadi, sosial və s. vəziyyətləri ilə bağlı təkliflər hazırlayır.
Bir çöxları hesab edir ki, dövlət qurumları QHT-lərə sıx münasibət bəsləmir, ya da münasibətlər formal xarakter daşıyır.
QHT-lər və dövlət qurumları arasında münasibətləri inkişaf etdirmək məqsədilə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Hazırda QHT-lərin inkişaf etməsi üçün dövlət tərəfindən vəsait ayrılır. Və bu təşkilatlar da ölkə həyatında əhəmiyyət kəsb edən məsələlərlə bağlı öz təklifləri ilə çıxış edir, vaxtaşırı olaraq hesabatlar hazırlayırlar. Bir sıra ölkələrdə QHT-lərin təkliflərindən müəyyən qanunların qəbul edilməsində və ya hansısa qanunlara dəyişikliklərin edilməsində istifadə olunur. Maraqlıdır, görəsən Azərbaycanda vəziyyət neçədir? QHT-lərin fəlaiyyətindən dövlət qurumları yararlana bilirmi? Məhz elə bu suala cavab tapmaq üçün Modern.az bir sıra QHT rəhbərinə müraciət edib.
Azad İstehlakçılar Birliyinın (AİB) rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, AİB dövlətlə, parlamentlə və dövlətin bütün qurumları ilə sıx əlaqədə işləyir. Belə ki, qurum “Tütün və tütün məhsulları haqqında”, “Reklam haqqında”, “Yeyinti məhsulu haqqında”, “Antiinhisar Məcəlləsi” ilə , “Sərnişinlərin məcburi illik siğortalanması haqqında” qanun və digər qanunveriçilik aktlarının mükəmmələşdirilməsində, istehlakçı yönümündə olmasında iştirak edib.
E.Hüseynov eyni zamanda qeyd etdi ki, onların verdiyi təkliflərin cəmi 10%-i qəbul edilib. ““Tütün və tütün məhsulları haqqında” qanunun müzakirəsi zamanı biz təklif etdik ki, siqaret qutularının üzərində buraxılma tarixi və yararlılıq müddəti qeyd olunsun. Lakin o vaxtkı “Azstandart”ın rəhbərliyi çıxış etdi və imkan vermədi ki, biz bu faktorları siqaret qutusunun üzərində yazdıraq, yalnız birini yazdıra bildik”.
QHT rəhbəri bildirdi ki, onlar eyni zamanda “Duzun yodlaşdırılması haqqında” və “Körpələrin qidalanması haqqında” qanunların hazırlanmasında da iştirak ediblər. “Bu qanunların işləməsində böyük rol oynamışıq. Azad İstehlakçılar Birliyinin duzun yodlaşdırılması haqqında qanun layihəsi belə adlanır: “Yod çatışmazlığı xəstəliklərinin kütləfi profilaktikası haqqında” Azarbaycan Respublikasının qanunu. Eyni zamanda 100 illərlə vətəndaşları zəhərləyən Masazır duz gölünün istismar olunmasına nail olduq. Azad İstehlakçılar Birliyinin məktubları və təkidləri nəticəsində “Azərsun Holdinq” orada 8 milyon dollarlıq dəyərində zavod tikdi”.
E.Hüseynovun sözlərinə görə, hazırda birlik ölkədə olan süni qiymət artımının qarşısını almağa çalışır. “7 ay müddətində qiymətlərin 6% aşağı salınmasına nail olaçağıq”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyevin sözlərinə görə, qurumun hazırladığı bir çox hesabatlar və təkliflər qanunlara dəyişiklik və yeni qanun layihəsi qəbulu zamanı nəzərə alınıb.
Belə ki, Milli Məclis “Dövlət Etik davarnış qaydaları haqqında” qanun layihəsi hazırlanarkən Fondun bu yönmüdə verdiyi təkliflərdən istifadə edilib. Bundan əlavə, korrupsiyaya qarşı mübarizə məsələsində verilən təkliflərin böyük bir qismi nəzərə alınıb.
“Qeyd edim ki, bizim korrupsiyaya qarşı təkliflərimiz qanun lahihələri formasında və ya ayrı-ayrı formalarda nəzərə alınıb”.
“Konstitusiya” Araşdırmalar Fondu eyni zamanda “Döflət Neft Fondu haqqında” qanun layihəsinin hazırlanmasında da öz təklifləri ilə çıxış edib.
Ə.Nuriyevin sözlərinə görə, fon bir neçə başqa istiqamətdə hesabatlar hazırlayıb. “Ünvanlı sosial yardımın verilməsi, qacqın və məcburi köckünlərin vəziyyətinin yaxşılaşdırılması, dövlət monitorinq proqramına dair qanunlarla bağlı hesabatlarımız olub”.
QHT-lərin hazırladıqları hesabatları bəzi dövlət orqanlarının az da olsa nəzərə aldığını deyən fond rəhbərinin sözlərinə görə, buna baxmayaraq bir çoxları isə hələ də QHT-lərə köhnə yanaşma tərzindən xilas ola bilməyib. Bəzi dövlət orqanlarının QHT-lərlə tərəfdaşlığı olsa da, bu formal xarakter daşıyır. “Halbuki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şürasının bu iki qurum arasında olan münasibətlərin inkişaf etdirilməsi ilə bağlı qərarı var”.
Qarabağ Azadlıq Təşkilatının sədri rəhbəri Akif Nağı söylədi ki, rəhbərlik etdiyi qurum vaxtaşırı təkliflər irəli sürsə də, bu təkliflərin qəbul edilib-edilməməsi ilə bağlı cavab gəlmir. “Biz təkliflərimizi veririk, cavab gəlir ki, “təklifinizi almışıq”. Amma konkret olaraq qəbul etdikləri barədə məlumat verilməyib”.
A.Nağının sözlərinə görə, QAT-a rəsmi cavab gəlməsə də, bəzən olub ki, müəyyən qanun lahiyələrinin hazırlanmasında onların verdikləri təkliflərdən yararlanıblar. “Bəzən olub ki, bizim verdiyimiz təkliflərdən yararlanmanı hiss etmişik. İndi həmin təkliflərin məzmunu yadımda deyil”.
QAT-a hər hansı dövlət qurumundan müəyyən təkliflərin hazırlanması üçün müraciət də edilməyib.
Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli qeyd etdi ki, birlik hər hansı təkliflə konkret olaraq hər hansı bir dövlət qurumuna müraciət etməyib. Ancaq, ümumi şəkildə məsələlər qaldırıb. M.Ələsgərlinin sözlərinə görə, qaldırılan məsələlər daha çox jurnalistlərin sosial priblemləri ilə bağlı olub. “Biz zaman-zaman qeyd etmişik ki, jurnalistlərin əmək müqaviləsilə, onların əmək haqlarının azlığı ilə, iş mühitinin yaxşılaşdırılması ilə bağlı problemlər var. Zaman-zaman bu problemləri ictimai müzakirəyə təqdim etmişik. Bu gün artıq o problemlərin əksəriyyətinin aradan qaldırılması yolunda addımların atıldığını görürük”.
M.Ələsgərlinin sözlərinə görə, dövlət qurumaları tərəfindən birlik “Jurnalistlərin fəaliyyətlərinin tənzimlənməsi üçün xüsusi qanunveriçiliyin hazırlanması”ilə bağlı öz təklifləri ilə çıxış etmək təklifi alıb.
“Milli Məclisin üzvləri tərəfindən biz qanunun hazırlanması üçün ictimai müzakirələrdə iştirak üçün dəvət almışdıq. Amma sonradan nəsə bu məsələ gündəlikdən çıxdı və konkret nəticəsi olamadı. Ümid edirik ki, o məsələ yenidən gündəmə gələcək”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin sözlərinə görə, onlar indiyə qədər 5 qanun layihəsi hazırlayıb. Bundan əlavə, bir sıra təkliflərlə çıxış ediblər.
“Azərbaycanın hökümət təşkilatlarından söhbət gedirsə, bizim hesabatlarımızda Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə kokret təklif əks olunub”.
Təkliflərin nədən ibarət olmasına gəlincə, A.Əliyev qeyd etdi ki, bunlar həm jurnalistlərin vəziyyəti ilə, həm də müəyən monitorinqlər əsasında hazırlanmış məsələlərdən ibarət olub. Belə ki, Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ problemi və onların mətbuatda işıqlandırılmasına aid hesabatlar təklif olunanlar hesabatlardır.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu vurğuladı ki, təkçə 2010-cu il ərzində, birliyin ekspertləri 10 istiqamət üzrə tədqiqat aparıb və əldə edilən nəticələr və tapıntılar əsasında bır sıra təklif və tövsiyələr hazırlayıb.
Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatlarında keyfiyyət dəyişiklikyinə nail olunması yollarına dair, Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən aqrar təsərrüfatların qlobal iqlim dəyişikliyinə adaptasiya prosesinin asanlaşdırılmasına dair, Azərbaycan Respublikasında həyata keçirilən ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə və sosial reabilitasiyaya keçid prosesinin təkmilləşdirilməsinə dair və digər xeyli sayda təklif və tövsiyyələr hazırlanıb.
Mərkəzin konkret tətbiq olunan tovsiyyələrinə gəlincə, Q.İbadoğlu bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi (sənədlərin ixtisar olunması ilə bağlı), ünvanlı sosial yardım sistemindən sosial reablitasiyaya keçidlə bağlı tövsiyyələr, Mərkəzi Bank tərəfindən ipoteka kreditləşməsində tikinti əmanət kassalarının tətbiqi, Dövlət Statistika Komitəsi tərəfindən inflyasiyanın hesablanması metodologiyasının təkmilləşdirilməsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron bələdiyyə konsepsiyası”, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyri-dövlət pensiya fonlarının yaradılması, Milli Məclis tərəfindən isə “Büdcə sistemi haqqında” qanunun təkmilləşdirilməsi və bələdiyyələrin birləşdirilməsi ilə bağlı təkliflər qəbul olunub.
QHT rəhbəri eyni zamanda bildirdi ki, mərkəzin çoxsaylı təklifləri qurumun öz adından olmasa da, müxtəlif dövlət proqramlarında və konsepsiyalarında öz əksini tapıb.
Sədaqət SÜLEYMANOVA