“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi (DİGİB)-nin sədri Vüsalə Hüseynli 26 aprel-1 may tarixində Kenuyanın paytaxtı Nayrobidə keçiriləcək “Gənclərin II Global Antikorrupsiya Forumun"a qatılacaq.
V. Hüseynlinin bildirdiyinə görə, Forumda Cənubi Qafqazın üç ölkəsinin gənclərinin korrupsiya ilə mübarizə ilə bağlı məruzə ilə çıxış edəcək: “Dünya Bankının dəstəyi ilə fəaliyyət göstərən şəbəkənin birinci Forumu Brüsseldə baş tutub. İkinci Forum isə Kenyanın paytaxtında reallaşacaq. Təbii ki, bu Forumda ekspert qismində Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan QHT sədrinin məruzə etməsi bizim üçün məsuliyyət və etimaddır. Eyni zamanda, Forum çərçivəsində bir neçə beynəlxalq təşkilatların, eyni zamanda, Dünya Bankının rəsmiləri ilə görüşlərin də keçirilməsi planlaşdırılıb”.
Xatırladaq ki, “Demokratik İslahatçı Gənclər İctimai Birliyi“Gənclərin Qlobal Antikorrupsiya Şəbəkəsi”nə 2010-cu ildən tam hüquqlu üzv kimi təmsil olunur.
Mail Ağaxanov