Modern.az

Əməkhaqları 10 faiz artırılacaq

Əməkhaqları 10 faiz artırılacaq

Qarabağ

18 Aprel 2011, 15:52

Vüqar Bayramov: “Əməkhaqqı artımı mərhələli olmalıdır”

İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq.  Büdcəyə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd. manata qədər artırılacaq. Bu sırada maaş  və pensiyaların bir neçə dəfə artımı planlaşdırılır. Artim əməkhaqları dövlət büdcəsindən maliyyələşən və  orta aylıq əmək haqqı aşağı olan sahələri əhatə edəcək. Hansıki bu sıraya həkimlərin və müəllimlərin əmək haqlarını şamil etmək olar.

İqtisadi və Sosial İnkişaf Mərkəzi bir müddət əvvəl  ölkədə əməkhaqqı artımı təklifi ilə çıxış etmişdi. Mərkəzin rəhbəri Vüqar Bayramov 2011-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər zamanı gəlirlərlə yanaşı  xərclərinin  də çoxaldılacağını bildirir:
"Hökümət 2011-ci ildə Azərbaycanda orta aylıq əmək haqqını 379 manata, 2012-ci ildə 431, 2013-də 485, 2014-cü ildə isə 551 manata çatdırmağı proqnozlaşdırır. İyun  ayında dövlət büdcəsinə gözlənilən əlavə və dəyişikliklər  büdcədən sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcminin artmasına gətirib çıxaracaq”.

Əməkhaqlarının mərhələli artımını təklif edən iqtisadçı  əməkhaqların 10 faiz artırılacağının gözlənildiyini deyir: “Güman edilir ki, ötən ildən fərqli olaraq bir sıra kateqoriyalar üzrə artımlara gediləcək”.

O artımların qiymətlərə təsirsiz ötüşməyəcəyini söyləyir. Vüqar Bayramovun fikrincə,  əməkhaqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Çünki dövriyyədə pul kütləsinin artması nəticə etibari ilə qiymətlərin qalxması və  2011-ci ilin 2-ci yarımilində Azərbaycanda daha yüksək inflyasiyanın yaranmasına  səbəb ola bilər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama