Modern.az

Bələdiyyələrin fəaliyyətində şəffaflıq varmı?

Bələdiyyələrin fəaliyyətində şəffaflıq varmı?

21 Aprel 2011, 13:05

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsi, şəfffaflığın artırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırıması” layihəsinin icrasına başlayır. 5 ay müddətində həyata keçirilməsi nəzərdə tutlan layihə Quba, Qusar, Dəvəçi və Xudat bələdiyyələrin əhatə edəcək.
Layihənin işçi heyəti formalaşdırıldıqdan sonra layihə çərçivəsində görüləcək işlər müzakirə  olunub. Layihənin birinci mərhələsində artıq pilot regionlarda görüləcək işlərin siyahısı və müddəti icra planına uyğun olaraq müəyyənləşdirilib. Layihənin icra planına uyğun olaraq, ilkin olaraq, aparılacaq sorğu anketinin hazırlanması ilə bağlı qərar qəbul edilib. Eləcə də layihənin daha səmərəli olması və layihənin effektliliyini artırmaq üçün layihə rəhbərinin regionlara səfəri və pilot bələdiyyələrdə ilkin müzakirələr aparılması  məsələsi qərara alınıb.  

Təşkilat rəhbəri Rəfail Becanov layihənin əhəmiyyəti haqqında geniş məlumat verib. O, bildirib ki, layihə bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edir.
“Birincisi, ölkədə rəsmi səviyyədə korrupsiya ilə mübarizə aparıldığı bir dövrdə bələdiyyələrin ictimaiyyətlə əlaqələrinin qurulması çox önəmlidir. Bu həm də şəffaflığın artırılmasında çox ciddi rol oynaya bilər. 

İkincisi, QHT-lərə Dövlət Dəstəyi Şurası da bələdiyyələrin fəaliyyətinin şəffaf faliyyətində və bələdiyyələrlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafını səffaflığın əsas prioritetlərindən biri hesab edir. Rallıqdır ki, bələdiyyələrdə hələ də ictimai münasibətlərin inkişafını yetərli saymaq olmaz. Əslində isə bələdiyyələr özləri vətəndaş cəmiyyətinin, eləcə də yerli əhalinin onlarla əlaqələr qurmasında maraqlı olmalıdırlar. Çünki bu münasibətlər bələdiyyələrin fəaliyyətində ictimai nəzarət rolunu oynamaqla yanaşı, həm də bələdiyyələrdə şəffaflığın artırılmasında, büdcə xərclərinin səmərəliliyinində və büdcə vəsaitlərinin daha vacib sosial sahələrin inkişafına cəlb olunmasına yardım edə bilər.

Buna görə də biz layihə çərçivəsində bu məqsədlərimizə nail olmalıyıq. Eləcə də çalışmaliyiq ki, təcrübə digər bələdiyyələrdə də yayılsın. Artıq bununla bağlı Bələdiyyələrlə İş Mərkəzinə müraciət edilib. Onlarla olan əməkdaşlığımızı nəzərə alaraq, düşünürük ki, bu layihənin gerçəkləşməsində, səmərəliliyinin artırılmasında maraqlı olacaqlar”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama