Modern.az

Qalib QHT-lər üçün seminar keçirilib

Qalib QHT-lər üçün seminar keçirilib

Qarabağ

21 Aprel 2011, 13:07

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyalarına başlayıb.

Modern.az saytı xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması təşəbbüsləri istiqamətində maliyyələşdirilən 17 layihə rəhbəri və mühasibləri qarşısında çıxış edən Şuranın icraçı direktoru Fərasət Qurbanov və katibliyin əməkdaşı Etibar Kərimov layihənin idarə olunması prosedurları ilə bağlı təlimatlar veriblər.

Layihənin icrası üçün vacib olan bir sıra məqamları vurğulanılıb. Şuranın baş mühasibi Tofiq Həsənov sesiya iştirakçılarını QHT-də mühasibat uçotunun təşkili və Milli Mühasibat Uçotu Standartlarının tələbləri haqda məlumatlandırıb. Görülən işlər haqqında aralıq və yekun hesabatların tərtibi, eləcə də QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatlar haqqında geniş fikir mübadiləsi aparılıb.

Analoji məlumatlandırma sessiyaları Şuradan maliyyələşdirilən regional QHT layihələrinin rəhbərləri və mühasibləri üçün Şirvan və Gəncə şəhərlərində də keçirilib. Şura əməkdaşları Mirzə Zahidov, Emin Məmmədov, Həsən Səmədov və Şahin Məhərrəmov sessiya iştirakçılarını layihələrin idarə olunması və hesabatların tərtib edilməsilə bağlı təlimatlandırıblar.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama