Modern.az

Vərəmə qarşı yeni layihə başlayıb

Vərəmə qarşı yeni layihə başlayıb

25 Aprel 2011, 16:59

Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı əhali  arasında məlumatlılıq səviyyəsinin artırılmasına məqsədi ilə Azərbaycan Səhiyyə Kommunikasıyası  Assosiasiyası (ASKA) tərəfindən  3 növ kommunikasiya materialları (kitabarası nişan, liflet, poster) hazırlanacaq və yayılacaq. Bu barədə Modern.az-a qurumdan məlumat verilib. Bu fəaliyyət Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınin dəstəklədiyi  “Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı kommunikasiya materiallarının hazırlanması” layihəsi çərçivəsində həyata keçiriləcək.

Vərəmin profilaktikası  ilə bağlı 5000 ədəd kitabarası nişan(orta məktəb şagirdləri üçün nəzərdə tutulub ), 2000 ədəd liflet, 1000 ədəd poster,  tütündən istifadənin zərərləri ilə bağlı 5000 ədəd kitabarası nişan(orta məktəb şagirdləri üçün nəzərdə tutulub), 2000 ədəd liflet, 1000 ədəd poster hazırlanacaq. Ümumilikdə layihə çərşivəsində 16000 ədəd kommunikasiya materialı Bakı şəhərində və regionlarda  yayılacaq.

Azərbaycanda vərəmin yayılması ilə bağlı aparılan araşdırmalar göstərir ki, cəmiyyətdə vərəm xəstəliyi, profilaktikası  barədə aşağı məlumatlılıq səviyyəsi xəstəliyin yayılmasına, həmçinin gec aşkar olunmasına gətirib çıxarır. İnsanlar vərəm mütəxəssisinə xəstəliyin inkişaf mərhələsində müraciət edir ki, bu da onların müvəffəqiyyətli müalicə şanslarını aşağı salır. Gecikmiş aşkarlanma isə bu yoluxucu xəstəliyin cəmiyyətdə yayılmasına səbəb olur.

Eyni zamanda 1918-ci ildən bəri müxtəlif ölkələrdə Böyük Britaniya, ABŞ, Hindistan, Pakistan və Tailandda  Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq İttifaq tərəfindən aparılan tədqiqatların nəricələri sübut edib ki, vərəmə yoluxma və vərəm xəstəliyinin inkişafı tütündən istifadə ilə sıx əlaqəlidir. Bununla yanaşı tütundən istifadə bir çox digər xəstəliklərin yaranmasi riskinin daha da artmasına səbəb olur. ASKA bu layihəsi ilə məhz qeyd olunan problemlərin həllinə yardım göstərmək niyyətindədir

ASKA vərəmin profilaktikası və tütünə qarşı mübarizə ilə bağlı çox böyük təcrübəyə malikdir. 2009-2010 cu illərdə Assosiasiya, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ABŞ Cons Hopkins Universitetinin Kommunikasiya Proqramları Mərkəzi ilə əməkdaşlıqda, Tütünün Zərərlərinin Azaldılması üçün Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsini,  2010 cu il ərzində Total E&P Azərbaycan B.V. şirkətinin dəstəyi ilə və Vərəm Əleyhinə Milli Proqram ilə əməkdaşlıqda ümumi əhali və xəstələr arasında vərəm barədə biliklərin artırılması məqsədi ilə “Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması“ layihəsini həyata keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama