Modern.az

Vüqar Səfərli yeni media müsabiqəsi elan etdi: "Hər qurum bir layihə təqdim edə bilər"

Vüqar Səfərli yeni media müsabiqəsi elan etdi: "Hər qurum bir layihə təqdim edə bilər"

25 Aprel 2011, 17:14

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda layihə müsabiqəsi élan edib. Bu barədə Modern.az-a KİV DF-dən məlumat verilib.

Müsabiqənin məqsədi mediada ədəbi dilin xüsusiyyətlərinin qorunması, bu sahədəki problemlərin üzə çıxarılmasıdır.

Müsabiqə fondu 30 000 (otuz min) manat təşkil edir və 2 istiqamətdə həyata keçirilir:

1 .Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması - 15 min manat.
2 .Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması   - 15 min manat.

Müsabiqədə iştirak:

Layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərələr.

Layihənin qiymətləndirilməsi:

Bunun üçün aşağıdakı meyarlar əsas götürülür:
- layihənin məqsədinin aydınlığı və konkretliyi; 
- layihənin fəaliyyət planının inandırıcı olması; 
- layihənin büdcəsinin reallığı; 
- ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu; 
- layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması; 
- layihə təqdim etmiş jurnalist təşkilatının Bakı şəhərində  normal iş şəraitinə malik ofisinin olması

Hər qurum bir layihə təqdim edə bilər

Müsabiqəyə sənədlər 26 aprel - 5 may 2011-ci il tarixlərində rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində (Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi) qəbul edilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama