Aprelin 26-si – 29-da Dünya Bankının dəstəyi ilə Kenyada kechirilən “Gənclərin II Global Antikorrupsiya Forumun"da iştirak edən “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi (DİGİB)-nin sədri Vüsalə Hüseynli sözügedən Forumun qarşıdakı illər üçün Cənubi Qafqaz ölkələri üzrə eksperti kimi təsdiqlənib.
Bu barədə Forumun rəsmi saytında məlumat verilib. Digər məlumatlara görə, “Gənclərin III Global Antikorrupsiya Forumun"un gələn il 2012 ci ildə keçirilməsi gözlənilən namizəd ölkələr sırasında Azərbaycanın da adı var.
Cənubi Qafqazın eksperti qismində Azərbaycan nümayəndəsi olduğundan Forumun İdarə Heyəti Gürcüstan və Ermənistan deyil, məhz Azərbaycanın adını namizəd ölkələr sırasına daxil ediblər. Forumun keçirilməsi ilə bağlı yekun qərarın bu ilin sentyabrında İdarə Heyətinin görüşündə veriləcəyi gözlənilir.
Modern.az