Modern.az

Bu gün-Ümümdünya Mətbuat Azadlığı günüdür

Bu gün-Ümümdünya Mətbuat Azadlığı günüdür

Qarabağ

3 May 2011, 14:59

3 may – Ümümdünya Mətbuat Azadlığı günüdür. Bu əlamətdar gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın izhar edilməsi üçün bir imkandır.

Bu günün tarixi isə belədir: XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqlar nəzərə alınaraq, 1990-cı ilin fevralında Parisə toplaşan Qərb və Şərq jurnalistləri azad mətbuat prinsiplərinin maneəsiz yayılması, bəşəri bəlalara qarşı birgə mübarizə lüzumunu təsdiqlədilər. 1991-ci il mayın 3-də bu məramı ifadə etmiş sənədi — Namibiyanın Vinduk şəhərində qəbul olunan Bəyannaməni YUNESKO dəstəklədi və həmin günü “Ümumdünya Mətbuat Azadlığı Günü” kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına ünvanladı. BMT Baş Assambleyası YUNESKO Baş Konfransının 26-cı tövsiyyəsinə əsaslanaraq 1993-cü ildə 3 may tarixini “Ümumdünya Mətbuat Azadlığı Günü” elan etdi.

BMT Baş katibi Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı müraciətində bunları qeyd etdi.

«Biz jurnalistlər və mediaya qarşı bəslənən mənfi münasibəti dəyişməli və cəmiyyəti bu barədə məlumatlandırmalıyıq. İnsanların onların həyatlarına birbaşa təsir göstərən məlumatları əldə etmək hüquqları var və aidiyyatı orqanlar onları bu informasiya ilə təmin etməlidirlər. İnformasiya şəffaflığı düzgün idarəetmənin əsaslarındadır».

O, bütün dünyaya müraciət edir:
«Birləşmiş Millətlər Təşkilatı dünyanın istənilən yerində həbs edilmiş jurnalistlər və mətbuat nümayəndələrinin yanındadır. Hər gün olduğu kimi bu gün də mən bütün dövlətləri, vətəndaş cəmiyyətləri və insanları medianın vacibliyini dərk etməyə və informasiya azadlığını dəstəkləməyə çağırıram”.

1993-cü il 3 maydan sonra hər il bu gün bütün dünya ölkələri tərəfindən Ümumdünya Mətbuat Azadlığı günü kimi qeyd edilir və bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri dənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

Aytən ƏLIYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama