Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) və Parlament Jurnalistləri Birliyi (PJB) mayın 7-də Şuşanın işğalının 19-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirəcəklər. Bu barədə məlumatı PJB sədrinin müavini Xətayi Əzizov verib.
Aksiyada AQAC-ın üzvləri, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlər, gənclər təşkilatlarının nümayəndələri və könüllülər iştirak edəcəklər. Aksiyaya millət vəkilləri də qatılacaqlar.
Aksiya mayın 7-də saat 10.00-dan 14.00-dək Səhiyyə Nazirliyinin B.Ə. Eyvazov adına Elmi–Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda təşkil olunacaq.
Toplanılan qan laboratoriyada yoxlanıldıqdan sonra irsi qan xəstəliklərindən əziyyət çəkən, hemofiliyalı, talassemiyalı, həmçinin qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Modern.az