Modern.az

“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyasının seçim turu oldu

“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyasının seçim turu oldu

4 May 2011, 14:07

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə keçirilən “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turu mayın 4-də Yasamal rayonu 175 saylı orta məktəbdə keçirilib. 

ARGTMŞ-ın baş katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov bildirib ki, tədbirin məqsədi ölkə başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv  təbəqəsi olan gənclər  tərəfindən mövcud  güclü  dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi Fəttah Quliyev bildirib ki, ölkə gənclərinin təhsil səviyyəsinin yüksəldilməsində, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın ərazi bütövlüyünün tanıdılması istiqamətində bu çox uğurlu bir layihədir.

Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramil Cəbrayılov qeyd edib ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi çox vacib amildir. Odur ki, bu layihənin təşkilatçıları çox doğru olan bir addım atıblar.

175 saylı orta məktəbin direktoru Qələndər Qələndərov bildirib ki, tədbirin ölkəmizi tanıdılması baxımından çox əhəmiyyətlidir. Q.Qələndərov onu da təklif edib ki, bu xəritəni hər bir kəs öyrənməlidir.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu üzrə keçirilən seçim turunda rayon üzrə 300 gənc iştirak edib. Bunlardan müvafiq olaraq 150 nəfəri keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, 150-i isə kampaniyanın rəsmi saytı olam www.miras.az saytında olan elektron formadakı xəritəni toplayıb. Hər iki tur üzrə keçirilən yarışlarda ən tez Azərbaycan xəritəsini toplayan iki gənc final mərhələsinə vəsiqə qazanıb.
    
Qeyd edək ki, “Vətəni tanı” Ümumrespublika Kampaniyasında interaktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilmişdir. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min)  gəncdən çox olacaq.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.





Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama