Modern.az

Hüquq müdafiəçisi: “Əfv fərmanı verilə bilər…”

Hüquq müdafiəçisi: “Əfv fərmanı verilə bilər…”

5 May 2011, 13:42

“May ayında əfv fərmanın olması gözlənilir”. Bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvi Novella Cəfəroğlu Modern.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu aya həm Azərbaycan dövlətinin yaranmasının 20 illiyi, həm də Heydər Əliyevin doğum günü təsadüf etdiyi üçün əfv fərmanın verilməsı ehtimal olunur.

N.Cəfəroğlu deyib ki, onlar siyasi məhbusların siyahısını da hazırlayıblar. “Siyahı dünənə qədər 19 nəfərdən ibarət idi. Dünən Cabbar Savalanlı həbs edildikdən sonra onun da adını siyahıya saldıq”.
Hüquq müdafiəçisi qeyd edib ki, 20 nəfərdən ibarət siyahıya bütün keçmiş siyasi məhbuslar, o cümlədən OMON-çular da daxil edilib.

“Bura Eynulla Fətullayevin, Fərhad Əliyevin, Rövşən Məmmədovun, Anar Namazovun, Əli İnsanovun və başqalarının, o cümlədən “OMON”-çuların da adları daxildir” deyən N.Cəfəroğlu bütün beynəlxalq təşkilatların onların siyahıları ilə işlədiklərini və onların hər birinin siyahıdan xəbərdar olduğunu söyləyib.

Aytən ƏLİYEVA  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama