Modern.az

QHT Şurasının dəstəklədiyi layihə erməniləri ifşa edir

QHT Şurasının dəstəklədiyi layihə erməniləri ifşa edir

5 May 2011, 15:59

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tarixçi alim, Məmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqub Rusiya arxivlərində Qarabağ problemi, ermənilərin azərbaycanlılara və türklərə qarşı tərətdiyi soyqırımlarla bağlı araşdırmalarının nəticələri təqdim edib.

Qeyd edək ki, layihə Prezident yanında QHT-lərə Dəstək Şurası tərəfindən dəstəklənib.

Nəsiman Yaqub qeyd edib ki, artıq dünyanın elə bir vaxtına gəlmişik ki, belə sənədləri əldə etmək çətindir: “Bunun üçün  xüsusi vasitələrin, xüsusi dostların olmalıdır ki, onları əldə edə biləsən. Əks halda, həmin sənədləri tapmaq mümkün deyl”.

N.Yaqub qeyd edib ki, mövzuyla bağlı Rusiya arxivlərindən 300 sənəd - arxiv materialları, teleqramlar, tereqraflar və s gətirib: “100 şəkil və iki saatlıq kinoxronuka da gətirmişəm. Bu sənədlər bir daha onu göstərir ki, ermənilərin iddia etdikləri qondarma soyqırımla bağlı məsələ yoxdur. Əslində özləri Türkiyədə və Azərbaycanda soyqırımları törədiblər”.

Qeyd edək ki, alimin əldə etdiyi araşdırma sənədləri arasında Bakının rus bolşevikləri tərəfindən işğalı ilə bağlı fotolentlər, kinolentlər var. Eyni zamanda 26 Bakı komissarlarının dəfni ilə bağlı fotolentlər və kadrlar var. Araşdırmaçı alim qeyd edib ki, tədqiqatlar bundan sonra da davam edəcək. O, bu məsələdə QHT-lərə Dövlət Dəstəyi Şürasından ciddi dəstək gördüyünü də diqqətə çatdırıb və indiyə qədər Türkiyədə, Almaniyada, Çexiyada olduğunu deyib.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, bu tədqiqatlar zamanı çox önəmli sənədlər əldə olunub:
“Şura hər zaman bu tipli layihələri birmənalı olaraq dəstəkləyib. Sadəcə, bunu texniki baxımdan sistemləşdirmək lazımdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ermənilərin iç üzünün açılmasında bu sənədlərin mühüm rolu olacaq”.

Millət vəkili eyni zamanda arxiv sənədlərin saxlanılması məsləsinə də toxunub. Qeyd edib ki, bu sənədlər ciddi şəkildə qorunmalıdır.

“Ümumiyyətlə, Nəsiman Yaqubun bu araşdırması vətəndaş cəmiyyəti tərəfindən tariximizə bir töfhədir. Təklif edirəm ki, sənədlər Türkiyə səfirliyinə də təqdim edilsin. Çünki bu araşdırmalarda ermənilərin Türkiyənin müxtəlif yerlərində, Qarsda, Ərzurumda insanlara qarşı törətdikləri soyqırımları faktlarla göstərilir. Əgər belə bir sənəd Türkiyə və ya Azərbaycan arxivlərində tapılsaydı, dünya tərəfindən müəyyən şübhə doğura bilərdi. Ancaq bu sənədlərin ermənilərə hər zaman dayaq duran Rusiya arxivlərindən tapılması məsələnin tam həqiqət olduğunu göstərir. Biz bu məsələləri beynəlxalq aləmə çıxarmalıyıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama