Modern.az

Transparency İnternational: “Azərbyacan korrupsiya ilə bağlı 24 öhdəliyi yerinə yetirib”

Transparency İnternational: “Azərbyacan korrupsiya ilə bağlı 24 öhdəliyi yerinə yetirib”

6 May 2011, 11:32

Qurumun hesabatında ölkədə antikorrupsiya ilə bağlı müəyyən irəliləyişlərin olduğu vurğulanır

Transparency İnternational təşkilatı Cənubi Qafqaz ölkələrinin Avropa ilə Əməkdaşlıq layihəsi çərçivəsində  korrupsiyaya qarşı mübarizə üzrə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş məruzəsini açıqlayıb.
Modern.az hesabata istinadən bildirir ki, sənəddə region ölkələrinin ötən il ərzində apardıqları antikorrupsiya tədbirləri təhlil edilib.
Qeyd edilib ki, bu ölkələrdə korrupsiya ilə mübarizə sahəsində müəyyən irəliləyişlər qeydə alınıb. Təşkilat məhkəmə, vətəndaş xidmətləri sahəsindəki islahatlara diqqət yetirərək qeyd edir ki,  bu istiqamətlərdə Gürcüstanda nəzərəçarpacaq irəliləyişlər olub. Amma Azərbaycan də Ermənistan antikorrupsuya tədbirlərində ciddi uğura nail ola bilməyiblər.

Transparency İnternational-ın Azərbaycanla bağlı hesabatında qeyd edilib ki, ölkənin məhkəmə sistemində hakimlərin təyin edilməsi prosesində məhduddiyyətlər var . Bu sahədə şəfaffaflıq mövcud deyil. Bununla yanaşı, gənc və peşəkar kadrların vətəndaş xidməti sahəsinə cəlb edilməsini müsbət tendensiya kimi xarakterizə edilib.

“Antikorrupsiya təşkilatı olan GRECO-nun tələblərini yerinə yetirərək Azərbyacan maliyyə sahəsində nəzarət etmək üçün istintaq strukturu yaradıb. Bununla yanaşı, 2011-ci ilin ilk aylarında Cinayət Məcəlləsinə rüşvətə qarşı mübarizə üçün olan bir sıra yeni maddələr daxil edilib”-deyə hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, Azərbaycan GRECO-nun təklifi ilə 2010-cu ildə üzərinə götürdüyü 36 öhdəlikdən 24-nə riayət edib.

Ermənistana gəlincə, bu ölkədə də məhkəmə sistemində qeyri-şəffaflıq və müstəqilliklə bağlı ciddi problemlər var. Təşkilat Gürcüstanla bağlı isə qeyd edib ki, bu ölkənin uğurlu idarəedilməsində mühüm faktor məhkəmə hakimiyyətinin müstəqiliyidir.
Təşkilat Gürcüstana korrupsiya ilə mübarizədə irəliləyişə nail olmaq üçün səyləri davam etdirməyi tövsiyə edib.  Bundan əlavə qanunvericiliyin şəffaf  olması üçün də addımların atılmasının vacibliyi qeyd olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama