Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup jurnalist qadın mayın 9-12 –si tarixlərində qonşu Gürcüstan Respublikasında rəsmi səfərdə olacaq. Modern.az-ın məlumatına görə, səfər çərçivəsində soydaşlarımızla bərabər Şuşanın ermənilər tərəfindən işğalı günü qeyd ediləcək, qonşu ölkədə yaşayan azərbaycanlı uşaqlar və gənclərlə, eləcə də Gürcüstan ziyalıları, elm adamları, millət vəkilləri, dövlət məmurları ilə görüşlər keçiriləcək və müsahibələr alınacaq. Eyni zamanda görüşlər zamanı fikir mübadilələri aparılacaq, azərbaycanlıların sıx yaşadığı Kvemokartli bölgəsində soydaşlarımızın vəziyyəti ilə tanış olub reportajlar hazırlanacaq.
Qeyd edək ki, jurnalist qadınlar Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan Respublikasındakı nümayəndəliyinin nəzdində olan mehmanxanada qalacaqlar.
Modern.az