Azərbaycan Media Mərkəzi “Media dördüncü hakimiyyət rolunda” Azərbaycanda 10 aylıq jurnalist araşdırması və ictimai müzakirələrlə bağlı yeni layihəsini təqdim edib.
Azərbaycan Media Mərkəzinin layihələr üzrə koordinatoru Seymur Kazımovun sözlərinə görə, layihəni ABŞ səfirliyinin Demokratiya Komissiyasi Kiçik Qrantlar Proqramı maliyyələşdirib. Azərbaycan Media Mərkəzi layihəniReportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə birgə həyata keçirəcək. “Layihənin əsas məqsədi jurnalist araşdırmalarına təkan vermək və ictimai müzakirəli canlandırmaqdır”.
Seymur Kazımov əlavə edin ki, layihənin ümumi dəyəri 21,993 ABŞ dolları təşkil edir.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin nümayəndəsi, “Media dördüncü hakimiyyət rolunda” layihəsinin koordinatoru Nailə Əliyevanın sözlərinə görə, layihə bir neçə mərhələdən ibarətdir.
“Birinci mərhələdə jurnalist araşdırması üzrə təlim təşkil olunacaq. Təlim may 23-25-də yarım gün ərzində Azərbaycan Media Mərkəzində keçiriləcək. Təlimçi ABŞ-da olan fullbright professor Joann Lisoskiydir. Növəbti mərhələlərdə isə layihədə iştirak etmək istəyən jurnalistlərə ərizə formaları təqdim olunacaq. AMM, Yeni Nəsil və ABŞ səfirliyinin nümayəndələrinin iştirakı ilə ərizə formalarından 10 iştirakçı seçiləcəkdir”.
Seymur Kazımovun sözlərinə görə, araşdırmada iştirak edəcək jurnalistlərə ümumi məbləğı 700 ABŞ dolları dəyərində vəsait veriləcək. Belə ki, 400 dollar araşdırma üçün, 300 dollar isə araşdırmadan sonra jurnalistlərə qonorar şəklində veriləcək.
Qeyd edək ki, hər bir araşdırmanın ictimai əhəmiyyətini gücləndirmək üçün ictimai müzakirələ təşkil olunacaq.
Layihədə 5 yer çap mediası və informasiya agentlikləri, 3 yer onlayn TV-lərə, 2 yer isə blogerlər üçün ayırılıb.
Təqdimatda iştirak edən ABŞ səfirliyinin mətbuat katibi Kis Bin bu layihənin Azərbaycanda jurnalist tədqiqatlarının inkişafına təkan verəcəyini bildirib.
Araşdırma mövzuları üçün məhdudiyyət qoyulmur, istənilən mövzuda tədqiqat aparmaq olar.
Modern.az