Modern.az

“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası davam edir

“VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası davam edir

6 May 2011, 16:37


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turları 4 işğal olunmuş rayonun - Şuşa, Qubadlı, Laçın, Xocavəndin gəncləri arasında keçirilib.

Bakı rayonlarında Səbail, Yasamal rayonlarında seçim turları yekunlaşıb.
Mayın 5-də Şuşa rayonu üzrə seçim turu Bakı şəhəri, Fatmai qəsəbəsində məskunlaşmış məcburi köçkün gənclərin təhsil aldıqları 9 saylı məktəbdə baş tudub.

Elə həmin gün Ağstafa şəhəri 1 saylı məktəbdə adıçəkilən rayon üzrə seçim turu baş tutub.
“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Astara şəhəri 2 saylı məktəbdə keçirilib.
Mayın 6-da Kampaniyanın seçim turları davam edib. İlk tədbir Qazax rayonu 1 saylı məktəbdə keçirilib. Eyni zamanda digər işçi qrupları müvafiq olaraq Lənkaran şəhəri 6 saylı məktəbdə seçim turunu keçiriblər. Beyləqan rayonunda olan işçi qrupu isə həmin rayonun gəncləri arasında seçim turunu həyata keçirib. Eyni zamanda Beyləqanda məskunlaşmış Xocavənd məcburi köçkün gənclər də “Vətəni tanı” Ümumrespublika kampaniyasının iştirakçısı olublar.

İşğal altında olan Qubadlı və Laçın rayonlarından olan gənclər də kampaniyada iştirak ediblər.
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 46 saylı Laçın məktəbində həmin rayondan olan gənclər seçim turunda iştirak ediblər.

Qeyd edək ki, Bakı rayonları üzrə keçirilən zona turlarında hər rayon üzrə 300 gənc, digər regionlarda isə hər birində 150 gənc iştirak edib.
Bununla da “Vətəni tanı” Ümumrespublika Kampaniyasında əhatə olunacaq 12.000  gəncdən 2000-i  artıq kampaniyada  iştirak edib. Bunlardan bir qismi keçməcələrdən ( puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb.
Hər iki istiqamət üzrə  

kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.


Mail Ağaxanov
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama