Modern.az

KIVDF 7 layihədən 2-sini qalib elan etdi

KIVDF 7 layihədən 2-sini qalib elan etdi

Qarabağ

6 May 2011, 17:22


Mayın 6-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan Modern.az-a verilən məlumata görə, Müşahidə Şurasının  iclasının  gündəliyində duran iki  məsələlə  müzakirə edilərək müvafiq qərarlar qəbul edilib:

1. 25 aprel  2011-ci il tarixdə elan edilmiş "Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda  layihə müsabiqəsinin müzakirəsi
2. Regionlarda konfransların  keçirilməsi

Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələləri iclas iştirakçılarına təqdim edib. Daha sonra  Fonda daxil olmuş layihələrlə bağlı icraçı direktor Vüqar Səfərli danışıb. Gündəlikdə duran birinci məsələ ilə bağlı məlumat verən V.Səfərli bildirib ki, 2  istiqamət üzrə müsabiqəyə ümumilikdə 7 layihə  təqdim edilib. Onlardan 2-si 1-ci istiqamətə, 5-i 2-ci istiqamətə təqdim olunub. Layihələrin surətləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə paylanılıb və  onlar  təqdim olunmuş layihələrlə yaxından tanış olublar.  Sonra Müşahidə Şurasının üzvləri  layihələrlə bağlı müzakirələr apararaq səsvermə yolu ilə qalibləri müəyyənləşdiriblər. 

Səsvermənin  nəticəsi olaraq Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması istiqaməti üzrə “Elektron Mediaya Yardım Fondu”nun layihəsi, Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması istiqaməti üzrə Azərbaycan Mətbuat Şurasının layihəsi  qalib elan olunub.

Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar regionlarda konfransların keçirilməsi  məsələsi Şuranın üzvləri arasında geniş müzakirə olunub və onlara  10 gün ərzində təklifləri hazırlayib Fonda təqdim etmək tapşırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama