Modern.az

Azərbaycanın qadın jurnalistləri Tiflisdədirlər

Azərbaycanın qadın jurnalistləri Tiflisdədirlər

Qarabağ

11 May 2011, 15:19

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup qadın jurnalist mayın 9-da Tiflisdə “Varlıq” Mədəniyyət Mərkəzində  Heydər Əliyevin yubileyinə həsr olunan toplantıda iştirak edib.
Mayın 10-da isə xanım jurnalistlərimiz Kvemo-Kartli quberniyasında yaşayan azərbaycanlılarla görüşlər keçirib. Nümayəndə heyəti Qardabani rayonunda Nəzərli və Kosalı kəndlərində fəaliyyət göstərən orta məktəblərdə də olublar. Burada onlar müəllim heyəti ilə görüşüb, onların problemləri və uğurları haqda söhbətlərini dinləyiblər: “Biz öyrəndik ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi  hər iki məktəbdə idman meydançası tikdirib, onların məktəb binalarını təmir etdirib”.

Səfərin uğurlu keçdiyini deyən S.Yusifovanın sözlərinə görə, xanım jurnalistlər Qardabani şəhərində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə dərnəyinin binasında gənclərlə görüşüblər. Görüşdə Tiflisdə universitetlərə yüksək balla qəbul olunmuş gənclərlə fikir mübadiləsi aparılıb. Heyət həmçinin 12 min azərbaycanlının yaşadığı Sadaxlı kəndində də olub. 
“Biz Sadaxlı kənd xəstəxanasına baş çəkdik. Kənd camaatının dediyinə görə, sözügedən xəstəxana çox bərbad halda imiş. Amma Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi kənd xəstəxanasını, demək olar ki, yenidən tikib. Yaxın zamanlarda ora tibbi avadanlıqlar da  alınacağı bildirildi. Yol üstü Marneulidə yerləşən Gənclər evinə baş çəkdik. Gənclər evində idman zalı, fitnes klubu, gənclər üçün kompüter kursları fəaliyyət göstərir. Bina Dövlət Neft Şirkəti tərəfindən hərracda alınaraq gənclərə hədiyyə olunub. Bizimlə görüşən gənclər dedilər ki, bu, onların işlərində dönüş yaradıb və gələcək işlərinə böyük stimul verib. Bina alındıqdan sonra gənclər təşkilatları xarici donorlarla gənclərin inkişafına lazım olan layihələri reallaşdıra bilirlər. Gənclərin inkişafında böyük xidmətləri olan şirkətə gənclər öz töhfəsini vermək üçün “Socar” gənclərin dostudur” adlı tədbirlər planı hazırlayıb və bu kampaniya çərçivəsində “Socar”ın reallaşdırdığı, dəstək verdiyi layihələr haqqında ətraflı  məlumat da veriləcək”.

Xanım jurnalistlər Rustavidə Heydər Əliyev adına parkın tikintisi ilə tanış olublar. S.Yusifovanın sözlərinə görə, səfər hələ davam edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama