Modern.az

“Vətəni tanı” Ümumrespublika Kampaniyası Daşkəsəndə (FOTOLAR)

“Vətəni tanı” Ümumrespublika Kampaniyası Daşkəsəndə (FOTOLAR)

11 May 2011, 18:06


“Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları bu dəfə Daşkəsəndə keçirilib. Daşkəsən şəhəri İ.Nəsimi adına 1 saylı otra məktəbdə baş tutan seçim turunun açlış mərasimində kampaniyanın koordinatoru Natiq Nəsirov, rayon Təhsil Şöbəsinin müdiri Nazim Verdiyev, Milli Şuranın katibliyinin üzvləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ölkəmizin tanıdılması, ərazi bütövlüyü məsələsi, gənclərimizdə vətənpərvəlik ruhunun aşılanması istiqamətində “Vətəni tanı” çox önəmli layihədir. N. Verdiyev onu da əlavə edib ki, bütün regionları əhatə edəcək layihə həmçinin gənclərin coğrafi biliklərin artırılmasında mühüm rola malikdir.

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının koordinatoru Natiq Nəsirov bildirib ki, Gənclər Təşkilatları Milli Şurası vaxtaşırı gənclərimizin maarifləndirilməsi istiqamətində layihələr həyata keçirir.
“Vətəni tanı” layihəsi də bu silsilədən olan tədbirlərdəndir. 12000 gənci əhatə edəcək bu layihə Azərbaycanın bütün bölgələrində keşiriləcək. Əsas hədəflərdən biri də işğal altında olan ərazilərimizin tanıdılmasıdır.

Qeyd edək ki, həm elektron həm də keçməcəli xəritələr üzərində özlərini sınayan 180 gəncdən 2-si respublika turuna vəsiqə qazandı. Xəritə üzərində ən tez nəticə 5 dəqiqə 35 saniyə oldu.










Mail Ağaxanov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal