Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turu Masallıda keçirilib.
Masallı şəhər 4 saylı Digah orta məktəbində baş tutan tədbirin açılış mərasimində Masallı rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bu Kampaniyanın olduqca önəmli olduğunu gənclərin diqqətinə çatdırıb. Bundan sonra sözü digər iştirakçılara təqdim olunub.
Çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili bu sahədə işlərin Şura tərəfindən daim aparıldığını və aparılacağını diqqətə çatdırmışdır. Kampaniyanın əsas məqsədinin Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili olduğunu gənclərin diqqətinə çatdırıb. Fuad Muradov bildirib ki, gənclərimizin hərtərəfli inkişafı, onların Avropaya inteqrasiyası məsələləri, itə təhsil, istərsə də digər sahələrdə onlara xidmət edən layihələr daim Milli Şura tərəfindən həyata keçirilir.
Millət vəkili Nəriman Əliyev də bu kampaniyada Masallı gənclərini aktiv olmağa dəvət etdi. Belə bir önəmli ümumrespublika kampaniyasının vacibliyini bir daha vurğulayıb. Bildirib ki, ölkə gənclər bütün sahələrdə fəaliyyət göstərməli, Azərbaycanın inkişafı üçün çalışmalıdırlar.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi, “VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyasının müəllif və rəhbəri Orxan Ərəbov çıxış edərək gənclərə kampaniyanın məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Bildirib ki, Kampaniyanın əsas məqsədlərindən biri də bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun , çatdırılması Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.
Qeyd edək ki, Bakı rayonları üzrə keçirilən zona turlarında hər rayon üzrə 300 gənc, digər regionlarda isə hər birində 150 gənc iştirak edib. Bunlardan bir qismi keçməcələrdən ( puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb.
Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Orxanəli