“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ermənistanın amşen ermənilərini Dağlıq Qarabağa köçürməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib:
“Mifik “Böyük Ermənistan” xülyası hesabına qonşu ölkələrin torpaqlarına sahib çıxmaq məqsədini güdən Ermənistanın işğalçılıq siyasəti son 20 il ərzində Azərbaycan ərazisinin beşdə birinin zəbt edilməsi, 20 mindən artıq insanın həlak olması, 900-ə yaxın yaşayış məntəqəsinin xarabalığa çevrilməsi, bir milyondan çox günahsız adamın doğma yurd-yuvasından didərgin düşməsi, bu regionun infrastrukturunun, tarixi və təbii sərvətlərinin, ekologiyasının məhvi və bir çox başqa ziyanlarla nəticələnmişdir.
Ermənistanın öz hərbi birləşmələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmasına və əraziləri azad etməsinə dair BMT Təhlükəsizlik Şurasının və başqa beynəlxalq təşkilatların bir çox sənədləri qəbul edilmiş olsa da, işğalçı dövlət bunlara məhəl qoymadan indi də işğalçılıq siyasətini davam etdirməkdədir.
Son vaxtlar erməni işğalçılarının Qırğızıstan və digər ərazilərdən amşen adlanan yüzlərlə etnik erməni ailəsinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürülməsi xəbəri Azərbaycan əhalisnin, xüsusən də Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarindan qovulmuş məcburi köçkünlərin dərin hiddətinə səbəb olmuşdur. İşğalçı Ermənistanın Azərbayacanın ərazi bütövlüyünə qarşı növbəti təxrbatı olan bu hərəkət beynəlxalq hüququn prinsplərinə zidd olmaqla yanaşı, həm da insanlıq əleyinə yönəlmiş bir cinayətdir.
İldən-ilə əhalisinin sayı azalan, iqtisadi və demoqrafik böhran keçirən Ermənistanın bu hərəkəti onun Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin tam iflasa uğradığını sübut edir. Bununla yanaşı, bu siyasət köçürülməsi nəzərdə tutulan əhalinin hüquqlarının da kobud surətdə pozulmasından və gələcəkdə onların faciələrlə üzbə-üz qoyulmasından başqa bir şey deyildir.
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi beynəlxalq təşklatlardan, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən nöbəti erməni təxribatı olan bu köçürmə kampaniyasının qarşısını almağı və münaqişənin sülh yolu ilə həllində öz səylərini artırmağı qətiyyətlə tələb edir. İctimai Birlik əks təqdirdə baş verə biləcək faciələrin məsuliyyətinin işğaılçı Ermənistanla birlikdə vasitəçi dövlətlərin də üzərinə düşəcəyini onların nəzərinə çatdırır”.
Modern.az