QHT-lərə Dövlət Dəstəyi Şurası “Dövlət sifarişləri haqqında” Qanunun layihəsinin hazırlanması barədə təklif irəli sürüb. Bu qanun layihəsi Qeyri-Hökümət Təşilatlarının, sosialyönümlü dövlət və bələdiyyə orqanlarının satınalmalarında iştakını təmin etməyə imkan verəcək.
Qanun layihəsinin əhəmiyyəti barədə Modern.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, bizdə QHT və sosialyönümlü dövlət və bələdiyyə orqanlarının satınlamalarında iştakını təmin edən bir qanunvericilik yoxdur.
QHT rəhbərinin sözlərinə görə, “Satınalmalar haqqında” ümumi bir qanun var, o sənədə görə, prosesdə QHT-lər də iştrak edə bilər. Amma QHT-nin dövlət satınalmalarında iştrak etməsi üçün resursları yoxdur. Ona görə də sosial təyinatlı satınalmların məhz QHT-lər vasitəsi ilə həyata keçirilməsini tənzimliyən bir hüquqi sənədin hazırlanmasını zəruri edən də budur.
“Doğrudur, indi bəzi nazirliklər belə sifarişləri verirlər, amma bunu xaotik şəkildə, özlərinin əsasnaməsi ilə və.s şəkildə edirlər. Amma bu qanunvericiliklə tənzimlənmir”-deyə Sahib Məmmədov bildirib.
“Ona görədə hesab edirik ki, “sosialyönümlü təyinatlı sifarişlər” rəsmi sürətdə qanun əsasında QHT-lərə verilməlidir. Məsələn, Mərkəzi Seçki Komisiyası əgər ölkədə seçki fəallığını öyrənmək istəyirsə, bunu onun özü eləməməlidi. Çünki onun təyinatı başqadır. MSK bu işi görmək üçün QHT-lərə müraciət etməlidir. Bu daha obyektiv olacaq. Eyni şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hansısa unvanlı dövlət sosial yardımı ilə bağlı əhalinin maarifləndirmə işini aparmaq istəyirsə, bunu özü etməməlidi. Bunun üçün tender elan etməli, sifariş verməli və həmin sifarişlər əsasında bu işi vətəndaş cəmiyyətinin qurumları görməlidirlər”-deyə o vurğulayıb.
S. Məmmədovun fikrincə, dövlət orqanlarının işçiləri isə nazirliyin Əsasnaməsi ilə onların üzərinə qoyulan funksiyaları yerinə yetirməlidilər.
“Məsələn hər gün Dövlət Yol Polisinin sosial reklam çarxları ilə rastlaşırıq. Bu tipli işləri bütün dünyada, sivil ölkələrdə ixtisaslaşmış qurumlara, o cümlədən QHT-lərə sifariş şəkildə verilir”-deyə QHT rəhbəri vurğulayıb.
Sahib Məmədov “Dövlət sifarişləri haqqında” qanunun əhəmiyyətidən danışaraq bildirib ki, bu qanun qəbul olunsa, vətəndaş cəmiyyətinin dövlət və bələdiyyə orqanlarının sosial təyinatlı fəaliyyətində iştrakı təmin olunacaq.
“Dövlət orqanları öz üzərlərinə düşən əsas vəzifəni yerinə yetirəcəklər, amma sosial proqramların həyata keçirilməsi işi vətəndaş cəmiyyəti vasitəsilə həyata keçiriləcək. Bu isə əlavə insan resuslarının cəlb olunması deməkdir. Bundan başqa effektivlik, obyektivlik artırılacaq, dövlət orqanlarında vəzifəli şəxslərin, iş imtiyazı olacaq”-deyə S.Məmmədov qeyd edib.
Mail Ağaxanov