Modern.az

Ekoloji sağlam və zərərsiz kənd təsərrüfatına necə dəstək olmalı?

Ekoloji sağlam və zərərsiz kənd təsərrüfatına necə dəstək olmalı?

17 May 2011, 11:26

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ərzaq Təhlükəsizliyi Uğrunda “ İctimai Birliyi “Ətraf mühitin mühafizəsi: ekoloji cəhətdən sağlam və zərərsiz kənd təsərrüfatına dəstək” mövzusunda layihənin icrasına başlayib.

Bu barədə qurumun sədri Zahid Abbasov məlumat verib.

O, qeyd edib ki, layihədən məqsəd ətraf mühitin başlıca obyekti olan və kənd təsərrüfatı istehsalının əsas vasitələrindən ən çox əhəmiyyət kəsb edən kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə etməklə sağlam və zərərsiz kənd təsərrüfatı məhsulları istehsal etməkdə fermerlərə dəstək verməkdir.

 Layihənin məqsədinə nail olunması üçün kənd təsərrüfatı məhsulları istehsalı və ətraf mühit barədə ətraflı məlumat əldə ediləcək:
“Bundan başqa ətraf mühitin mühafizəsinə və insan sağlamlığına xidmət edən kənd təsərrüfatı məhsulları istehsalının təşkilati-hüquqi əsasları, ətraf mühitin mühafizəsində ekoloji təmiz kənd təsərrüfatının rolu, ətraf mühitin mühafizəsində və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində fitomüxtəlifliyin əhəmiyyəti, kənd təsərrüfatına yararlı torpaqların münbitliyinin qorunmasının ətraf mühitin mühafizəsinə təsiri, ətraf mühitin mühafizəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının- fermerlərin, digər fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi barədə ətraflı bilgi toplanacaq. Bu məlumatlar çap ediləcək və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə müxtəlif regionlarda keçirilən görüşlərdə onlata ətraflı izah ediləcək  və müzakirələr aparılacaq”.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama