Modern.az

Türkiyə, Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Kiprdən Türküstana torpaq aparılıb

Türkiyə, Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Kiprdən Türküstana torpaq aparılıb

25 May 2011, 10:53

Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti və Türk Dünyası Tələbə Assosiasiyası əməkdaşlığı çərçivəsində 19-20 may tarixlərində Qazaxıstanın Türküstan şəhərində “19 may Türk Dünyası Gənclik Görüşməsi” adlı tədbir  keçirilib.

Modern.az xəbər verir ki, tədbirin açılışında dərnəyin sədri Əhməd Sağlama Türk dünyası gəncliyi üçün gördüyü işlərə və Qırğız-Türk gəncliyinin qaynaşmasına verdiyi əməklərə görə Dövlət Nişanı verilib. Nişanı Qırğızıstan Respublikasının Gənclik Nazirliyi adına gənclik nazirinin müavini Marat Abdikərimoviç verib.

İlk gündə Türk dünyasının ortaq dəyərləri olan Çanaqqala şəhidliyindən, Qırğızıstan Atabeyit abidə qəbirstanlığından, Qazaxıstan Əhməd Yəsəvi türbəsindən, Azərbaycandan, Şimali Kipr Türk Respublikası Şəhidliyindən gətirilən torpaqlar Qazaxıstandakı Türk Dünyasının mənəvi paytaxtı sayılan Türküstan şəhərindəki Hoca Əhməd Yəsəvi türbəsinə verilib. 
Torpaqların qoyulduğu yerdə bütün türk dünyasına xitab edən abidənin inşa edilməsi qərarlaşdırılıb.

Proqramın ikinci günüdə isə gələcəyin Türk Dünyası memarları olan gənclərin çalıştayı reallaşdırılıb.

Bundan əlavə,  tədbir iştirakçıları bir neçə gün əvvəl bütün türk dünyasının üzünü güldürən Azərbaycanı “Avroviziya”  müsabiqəsində qalib gəlməsi ilə əlaqədar təbrik ediblər.

Türk dünyası gənclərinin aldığı qərarlar olduğu kimi bütün dünya mətbuatına elan edilir:

1. Türk Dünyası Tələbə Assosasiyası Hoca Əhməd Yəsəvi Qardaşlıq Mükafatının Qırğız Respublikasının baş naziri Almaz Atambəyə verilməsinə;

2. 19 mayda alınan qərarlar nəticəsində Qırğızıstanda Tanrı dağlarının ətəklərində inşa edilməsi planlaşdırılan “Türk Dünyası Qaradaşılıq Abidəsi”nin ikincisinin Qazaxıstan Əhməd Yəsəvi Dərgahında inşa edilməsi və bu istiqamətdə türk dünyası olaraq lazımı işlərin görülməsinə;

3. Hər il bir türk ölkəsində həyata keçirilən “19 may Türk Dünyası Gənclik Görüşü” adlı proqramın bundan sonra yeni tərkiblərlə davam etdirilməsinə;

4. Türk dünyası dövlətlərinin gənclik nazirlərinin bir araya gəlib Türk Dünyası Gənclik Fondu yaradılması üçün lazımı işlərin görülməsinə və bu fonda həmin nazirlərinin hər il müəyyən miqdarda pul vermələrini və planlaşdırılan layihələrin maliyyəsinin bu fonddan faydalanmasına;

5. Bundan sonrakı proqramlarda hər bir türk dövlətinə xitab edən idman oyunlarının yer aldığı “Türk Dünyası Gənclik Olimpiyadaları”nın təşkil edilməsinə;

6. Türk dünyası universitetləri arasında tələbə mübadiləsinin təşkil edilməsi və buna türk dünyasına xitab edən bir ad verilıməsinə;

7. 2011-2012-ci ildə Türk Dünyası Tələbə Assosasiyası idarə heyəti tərəfindən təyin olunan bir tarixdə Türkiyə Respublikasında "Türk Dünyası Gənclik zirvəsi” adı altında bir toplantı reallaşdırmaq və söz mövzusu yığıncaqda vəzifə müddəti sona çatmış olan Türk Dünyası Tələbə Dərnəyinin idarə heyəti və yoxlama qurulu seçkilərinin təşkil ediıməsinə;

8. Kiprdə keçirilən beynəlxalq simpoziumda vətəndaş cəmiyyəti qurumlarının, elm və sənət adamlarının təyin etdiyi 2011- Qarabağ ilinin yayılması üçün dəstək verilməsi və bu mövzuda Türkiyə Cümhuriyyəti Milli Tələbə Şurası tərəfindən bir proqram hazırlanmasına.

Tədbirdə həmçinin “Türk Dünyası Gənclik Zirvəsi” adlı proqramda strateji planların təyin olunmasına qərar verilib.

Məlumatı Modern.az saytına Türk Dünyası Gənc Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama